1.Nasa
kosmos binasında yeni bir sınaq edilir. Könüllü müraciət edənlər
arasından Namiq, astronavt namizədi olaraq seçilir. İlk turda olduqca
möhkəm testləri keçən Namiq; 3 aylıq ikinci bir təhsil ilə yaxşı bir
astronavt ola bilir. Gözlənilən an gəlir və Namiq bir meymunla birlikdə
kosmosa uçur. Atmosfer təbəqəsindən çıxdıqdan sonra Namiqin ilk işi;
özünə bərk-bərk tapşırıldığı kimi zərfləri açıb meymunun və özünün
vəzifə kartlarını oxumaq olur. Meymunun vəzifələri: "Yer kürəsi ilə
əlaqəni davamlı idarə altında tutmaq; hər 2 saatda bir orbitdəki
vəziyyətləri nizamlamaq; raket içindəki hava təzyiqi, istilik,
keçiricilik dəyərlərini aşağıya bildirmək; yanacaq xərcləməsini və
mühərriklərin sırasını təyin etmək..." deyə davam edərkən; oxumaqdan
bezən Namiq, öz vəzifə kartını açır : "Meymunu yaxşı bəslə!"
2.İki dəli dəlixanadan qaçmağa qərar verirlər. Biri dedi ki:
-Əvvəl hasara qədər gedərik.Əgər çox hündürsə altından,hündür deyilsə,üstündən keçərik.Sən get bir nəzarət et!
Yoldaşı gedib bir az sonra geri gəldi:
-Təəssüf ki,qaca bilməyəcik dostum!
-Niyə?
-Çünki hasar yoxdu
3.Əli məktəbə yazılacaqmış. Amma çox dəcəl uşaq olduğundan atası bəzi
tədbirlər görür və məktəbdəki müəlliminə və digər müəllimlərə vəziyyəti
izah edir. Sıra xidmət şoferinə gəlib. Xidmət şoferinə oğlunun nə qədər
dəcəl olduğunu izah edib. Şofer heç vecinə almayaraq içindən, "kiçicik
uşaq nə qədər dəcəl ola bilər ki?" demiş... Məktəb günü gəlmiş və Əli
alınması lazım olan yerdən avtobusa minmiş. Səfərin ilk başlarında
sakit oturan Əli daha sonra şoferin yanına gələrək "əmi mənim anam
toyuq atam xoruz olsaydı mən cücə olardım deyilmi?" demiş. Şofer: -
"Bəli balam, indi keç yerinə otur" demiş. Bir az sonra Əli yenə şoferin
yanına gedərək "əmi mənim anam inək atam öküz olsaydı mən buzov olardım
deyilmi?" demiş. Şofer bir az əsəbi: - "Bəli, indi get yerinə otur",
demiş. Bir az sonra Əli yenə şoferin yanına gələrək "əmi mənim anam"
deməyə imkan vermədən şofer Əliyə "mən səndən bir sual soruşacağam"
demiş və ardından "sənin anan .... atan avara olsaydı sən nə olardın ?"
demiş. Əli dişini ağardaraq cavab vermiş: - "ŞOFER".
4.Dərs coğrafiya dərsi, Azərbaycan xəritəsi taxtada asılı. Müəllimə
həmişəki kimi uşaqlara coğrafiya kitabından səhifə nömrələrini deyərək
oxumalarını istəyər və bütün siniflərdə etdiyi kimi çantasındən
millərini çıxararaq hörgü hörməyə başlayar. Dərsin ortalarına doğru
müdir və komisiya qəflətən içəri daxil olunca özünü itirən müəllimə
hörgüsünü ataraq sifət qıpqırmızı ayağa qalxar. Özü üçün hördüyü yupka
isə xəritənin asılı olduğu mismara ilişmişdir. Komisiya dərsin necə
getdiyini soruşub uşaqlara bir neçə sual soruşacağını söyləyərək Turalı
ayağa qaldırar. - "Azərbaycanın paytaxtı haradır oğlum?" - "Bakı
müəllim." Komisiya təkrar Turala: - "Xəritə anlayışın necədir? Mənə
doğum yerini göstərə bilərsənmi?" Tural Şamaxıda doğulub və müəlliminin
yupkası Şamaxının üstünü bağlamaqdadır. Bir az dayandıqdan sonra
müəlliminə: "Yupkanızı qaldırarsınızmı müəllimə, doğulduğum yeri
göstərəcəm."
5.İbtidai məktəbdə həyat bilgisi dərsində buludların meydana gəlməsi
haqqında danışılarkən, müəllim uşaqlardan birindən soruşar: -"Yəni
buludlar nələrdən meydana gəlirmiş?" -"Sulardan müəllimim!" Bir neçə
dəqiqə daha mövzunu izah edən müəllim, bu səfər, çölü seyr etməkdə olan
bir şagirddən soruşar: -"Sən söylə görüm, yaxşı qara buludlar nələrdən
meydana gələr?" -"Hmmmm... Çirkli sulardan müəllimim
6.Orxan bir gün yük maşınıyla yoxuşu aşağı enirmiş. Birdən yük
maşınının əyləci partlayır və Orxan nə edəcəyini bilmir. Sağa baxar bir
bazar, sola baxar kiçik bir qız uşağı. Orxan ağlından deyər ki "yük
maşınını bazar yerinə sürəcəyimə bu kiçik qız uşağına doğru sürüm".
Olanlar olar Orxan xəstəxanada... Jurnalistlər reportaj etmək üçün
gəlirlər. Orxan Bəy "43 adamın ölümünə səbəb olmusunuz nə düşünürsünüz
hadisə necə oldu?" deyə soruşarlar. Orxan də "hər şey qız uşağının
bazara qaçmasıyla başladı" deyər.
7.Kamil çox qazanclı bir iş olaraq düşündüyü üçün toyuq bəsləməy qərar
vermişdi. İlk olaraq əlli dənə cücə alıb ayaqlarından torpağa basdırdı.
Gözəlcə gübrələyib suladı lakin iki gün sonra cücələrin hamısının
öldüyünü gördü. Etdiyi səhvi anlayan Kamil yenidən əlli sərçə alıb bu
dəfə də quyruqlarından torpağa basdırdı. Eyni şəkildə gübrələdi, suladı
lakin nafilə, bu sərçələrdə öldü. Nə edəcəyini bilməyən Kamil,
Siyəzəndə toyuqçuluq təhsili görən, əmisi oğlu İdrisə vəziyyəti yazıb
kömək istədi. Bir neçə gün sonra İdrisin cavabı gəldi :
- Sevimli əmi oğlum Kamil, yazdıqlarını oxuyub, anladım. Lakin doğru
bir diaqnoz qoya bilməyim üçün mənə bir miqdar torpaq nümunəsi
göndərsən sevinərəm.
8.Adam özündən bəhs edirdi.
- Mən akardionu çalmağa başlayanda hər kəsi ayağa qaldıraram.
- Demək o qədər ustasınız.
- Yox canım, mən yalnız milli marşı çalmağı bilirəm.
9.Şowmenin biri göstərdiyi şow ilə dünyada populyarlıq qazanır. Şownu
bir timsahla reallaşdırırmış. Çubuğuyla timsahın başına vururmuş,
timsah ağzını açıb adamın başını ağzına alır, adam təkrar çubuqla
timsahın başına vuranda təkrar ağızını açıb heç bir zərər vermədən
adamın başını sərbəst buraxırmış.
Şowmen bütün dünya ölkələrini gəzər, növbə Azərbaycana gəlir. Böyük bir
izdiham şonu həyəcanla izləməkdədir. Şow bitər, şowmen alqışlardan
aldığı zövqlə tamaşaçılara müraciət edər :
- Aranızda bunu edə biləcək biri varmı?
Tamaşaçıların arasından Həsən atılar :
- Mən edərəm amma söz ver, başıma sürətli vurmayacaqsan...
10.Müəllim sinifdə mədənləri və nə qədər qiymətli olduqlarını izah
edirmiş. Dərsin sonunda uşaqlardan soruşur: - "Kim hansı mədənə sahib
olmaq istəyər uşaqlar?" Əvvəl Əhməd cavab verir: - "Platin, müəllimim.
Onunla özümə bir Porsche alardım." Ardından Nicat cavablandırır: -
"Qızıl, müəllimim. Qızıllarımla özümə son model bir BMW alardım." Ən
sonda balaca Orxan cavablayır: - "Silikon, müəllimim. Bacımda iki dənə
var, evin qabağındakı avtomobilləri xəyal belə edə bilməzsiniz
11.Dərsdə fel mövzusu keçilir. Müəllim uşaqları sırayla qaldırıb, bir
fel verir və bunu zamanlara görə dəyişmələrini soruşur. Leyla, "gəlmək"
felini zamana görə dəyişməsini söyləmək üçün qalxar: "Gəldim, gəlirəm,
gələcəyəm..." Müəllim daha sonra sinfin tənbəllərindən Əhmədi qaldırar:
-"Söylə görüm, oğurlamaq felinin gələcək zaman halı nədir?" -"Həbsə
girməkdir müəllimim!"
12.Müəllim uşaqdan soruşur: -"Oğlum əlini bir cibinə salırsan 10 manat
çıxır, digərinə salırsan 5 manat çıxır. Yəni sənin nəyin var?" -"Vallah
müəllimim onu bunu bilmirəm amma, məncə əynimdə başqa birinin şalvarı
var!"
13.Ata, uzaq bir şəhərdə, 11-ci sinifdə oxuyan oğlundan gələn məktubu
böyük bir sevinclə açar və oxumağa başlayar: -"Sevimli ana və atacığım.
Mükəmməl bir il keçirdik. Dərslər inanılmaz dərəcədə zövqlü idi, mən də
hamısına qatıldım və son dərəcə müvəffəqiyyətli oldum. Bu səbəblə
müəllimlərim, gələcək il mənimlə təkrar işləmək istədiklərini
söylədilər, mən də qəbul etdim..."