|
| | |
|
Arxada qalacaq biri
Bir eşq oyundur başımdan keçən, Heç zaman açılmaz sevginin sirri. Günahkar mən deyil özgəsin seçən, Gedirəm, arxada qalacaq biri !
Sevginin odunda əzablar çəkdimiş, Bilmədim ölüyəm, yoxsa mən diri, Gecələr onun üçün göz yaşı tökdüm. Gedirəm, arxada qalacaq biri!
Qəlbimə gömmüşəm qalmayıb izi, Sevdim xəyanətsə eşqim gəliri! Qurudu vəfasız sevgi dənizi, Gedirəm arxada qalacaq biri!
Ömür boyu gözün qalsın yollarda, Eşqim çevirərdi muma dəmiri, Xoşbəxt ol bivəfa özgə qollarda, Gedirəm arxada qalacaq biri!
------------------------------------------
Bu sevginin ömrü bura qədərmiş
Bu dünyada əbədilik nə var ki, Ömür kimi hər şey gəldi-gedərmiş Nə sevginin günahı var nə bizim Bu sevginin ömrü bura qədərmiş.
Məcnun ahı, Leylinin göz yaşları Nə biləydik əfsanəymiş, hədərmiş Qəm eyləmə, hər yolun bir sonu var Bu sevginin ömrü bura qədərmiş.
Gülə-gülə başlamışdıq bu eşqi Axırında göz yaşıymış, kədərmiş Məhəbbətin payız fəsli var imiş Bu sevginin ömrü bura qədərmiş.
Ayrılırıq xatirələr içində Bu ayrılıq ölümdən də betərmiş Təsəllimiz bu olacaq, sevgilim Bu sevginin ömrü bura qədərmiş... |
Просмотров: 1545 |
Добавил: merve
| Рейтинг: 0.0/0 |
Всего комментариев: 4 | |
0
pink yazdıki >> eladir cox sagol
__________
İstifadəçiəçi Adı:Ayka
İP:82.118.158.211
Tarix: 20.06.2009 ,20:50.
|
-1
seker yazdıki >> eladi super
__________
İstifadəçiəçi Adı:Seker_qiz
İP:82.118.157.228
Tarix: 15.06.2009 ,13:33.
|
+1
rihanna yazdıki >> Mervecik super bacim
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:82.118.156.249
Tarix: 11.06.2009 ,22:06.
|
+1
fatinka yazdıki >> merve oz aramizdir eladiraaa
__________
İstifadəçiəçi Adı:fatinka
İP:82.118.138.215
Tarix: 11.06.2009 ,20:18.
|
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|
Copyright MyCorp © 2024
|
| | |