Məşhur sənətçi İbrahim Tatlısəs böhranla əlaqədar Quşadasındakı oteli ilə Tempo TV-ni satacağına qərar verdi. Tatlısəs, Seyrantəpədə olan kabab salonunu bağlatdırıb, yerinə 4 ulduzlu otel inşa edəcəyini dedi. İbrahim Tatlısəs, Seyrantəpədə olan kabab salonunda görüş keçirdərək gələcək planları haqqında məlumat verdi. Məşhur müğənni “Şirkətlər qrupu arasında yer alan, full tutumla işləyən, sezon boyu bütün əlaqələri yaratmış, 4 ulduzlu məşhur otelin İstanbulda başlatdıqları yüksək büdcəli sərmayələr səbəbiylə satılmasına qərar verdiyini dedi. Müştərilər sezon boyu digər otellərə köçürüləcəkdir. Bundan əlavə Tempo TV də bu sərmayədə satılacaqdır. Digər telekanal Tatlısəs TV isə fəaliyyətinə davam edəcəkdir” dedi. Quşadasında yerləşən Otelin və Tempo TV-nin satılmasının digər səbəbi Tatlısəsin Seyrantəpədə olan kabab salonunu bağlatdırıb yerinə 4 ulduzlu otel inşa etməsidir. |