Bəzən sevgi gedər Ama ölüm gəlmək bilməz... Nə etsəniz qəzəb hiss edə bilməzsiniz, gedərkən bir kibrit alovu ilə atəşə verdiyi ömrünün alovları içində əriyib gedən üzünüzə, qul olan ürəyinizə çönüb bir dəfə belə baxmayan o sevdanıza... Anlayarsınız, sevgidir bu qəzəbi inadına yurduna qəbul etməyən... Vefasız bir unuduşa qurban olsa da solub yeyə bilməyən, həyatdan soyudub sizə ölümün həsrətini çəkdirən... Ölü bir bədəndə canlı qalmaqda dirənən... Anlayarsınız, sevgidir bu... Bəzən sevgi gedər... Günlər keçər ardından və aylar... Bəzən də illər... Uşaqlar böyüyər, insanlar yaşlanar, insalar ölər, əşyalar köhnələr, evlər yıxılar, quruyar ağaclar. Küçələrin adı dəyişər... Acılar əzbərin mərhəməmətsizliyinə təslim olar... Sevilən unudar, sevən yanar... Bəzən sevgi gedər... Ya da siz getdiyini düşünərsiniz...