28 Avqust 2003 günü bir pizza paylayıcısı qəribə görünüşü olan tüfənglə bank soymağa cəhd etdi. Polis tərəfindən tutulan şübhəli Brian Wells soyğuna daha əvvəl pizza vermək üçün getdiyi evdəkilərin məcbur etməsiylə cəhd etdiyini söylədi. Ucunda partlayıcı maddə olan bir boyunbağı Wellsin boynunda idi. Bomba məhvetmə mütəxəssisləri boyunbağıya müdaxilə edə bilmədən əvvəl boyunbağı partlayış etdi və Brian Wellsin ölümünə səbəb oldu. 2007-ci ilə qədər sirrini qoruyan bu iddia artıq həll edildi. İyul 2007-də səlahiyyətlilər Wellsin günahına ortaq olan 3 adam olduğunu açıqladılar. Bunlardan ikisinin günahı sübutu yetirilərkən digərləri əleyhində ifadə verən 3. şübhəli günahkar bilinmədi. Edilən şərhlərə görə Wells boyuna ilişəcək bombanın gerçək olmadığını düşünürdü. Son anda bombanın gerçək olduğunu öyrənincə imtina etməyə çalışdı ancaq cinayət ortaqları boyunbağını silahla qorxudaraq boynuna taxdılar və sonrasında şahid qalmaması üçün Wellsin boynundakı boyunbağını uzaqdan idarəetmə ilə partlatdılar... 1985-ci ildə New Orleanlı xilasedicilər heç kimin boğulmadığı mövsümü qeyd etmək üçün bir parti təşkil etdilər. Parti sona çatdıqdan sonra qonaqlardan 31 yaşındakı Jerome Moody hovuzun dibində ölü tapıldı. Bu vəziyyətə "tale"dən daha yaxşı bir şərh gətirilə bilməzdi hərhalda, çünki Moodyun boğulduğu partidə 4 xilasedici iş başında, əylənənlər arasında da 100-dən çox xilasedici var idi... Robert Williams "bir robot tərəfindən öldürülən ilk insan"dır. Williams 25 Yanvar 1979-cu ildə Ford fabrikində işləyərkən sxemi pozulan bir robotun qolunu təmir etməyə çalışarkən təkrar işləyən hala gələn qolun başına vurduğu zərbə ilə həyatını itirdi.Robotlar tərəfindən öldürülən ikinci insan isə Kenji Urada adlı Yapon mühəndis idi. Kenji Kawasaki fabrikində təmir etməyə çalışdığı bir robotun mexaniki qolu tərəfindən üyüdmə maşınına itələnilərək ölmüşdü... 2006-cı ildə Mariesa Weberin ailəsi qızlarının itdiyi iddiasıyla polisə müraciət etdi. İki həftə sonra Weberin cəsədi evdəki kitabxananın arxasında başıaşağı sıxışmış halda tapıldı. Weberin televiziya kabelini taxmağa çalışarkən öldüyü təxmin edilir. 2006-cı ildə məşhur Avstraliyalı vəhşi həyat mütəxəssisi, "timsah ovçusu" Steve Irwin bir balığın iynəsiylə, onu ürəyindən vurması nəticəsində həyatını itirdi... 67 yaşındakı İngilis Betty Stobbs 1999-cu ildə qoyunlarını bəsləmək məqsədiylə motoshikletinin arxasına bir yığın ot bağladı. Ancaq qoyunları çox ac olsa gərək ki, yığına birdən hücum edərək Stobbsun 30 metrlik çuxura düşməsinə səbəb oldular. Stobbs bu enişdən sağ xilas olsa da, üzərinə düşən motoshikletinden qaça bilməyincə həyatını itirdi. 1991-ci ildə 57 yaşındakı Tayvanlı Yooket Paen həyətində gedərkən ayaq basdığı bir inək təzəyinin altında qalan elektrik kabelindən cərəyan vuraraq həyatını itirdi. Bu tragik hadisəni qonşulara göstərmək istəyən 52 yaşındakı qardaşı Yooket Pan eyni şəkildə həyatını itirdi..... Christo və Jeanne-Claude adlı iki sənətkar 1991-ci ildə Kaliforniya və Yaponiyaya nəhəng çətirlər qurmuşlar idi. 6 metr yüksəkliyində və 8.7 metr genişliyindəki bu çətirlərdən biri qurulduqdan iki ay sonra şiddətli küləyin təsiriylə yerindən çıxıb Lori Rae Keevil-Mathews adlı 33 yaşındakı bir turistin üzərinə aşaraq ölümünə səbəb olmuşdu. Hadisə sonrası çətirlər dərhal toplanmağa başlanmış, ancaq Yaponiyadakı çətirlərin sökülməsi əsnasında Masaaki Nakamuranın qolu 65.000 voltluq gərginlik xəttinə ilişincə həyatını itirmişdi.