1- Dəvə "Ayələrimizi
yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları
açılmaz (əməlləri, duaları qəbul olunmaz, ruhları göyə qalxmaz) və dəvə
iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər.
Biz günahkarlara (müşriklərə və kafirlərə) belə cəza veririk!"
(əl-Ə'RAF/ 40)
2- Ağcaqanad "Əlbəttə,
Allah (Quranda) ağcaqanadı və ya ondan daha böyüyünü misal gətirməkdən
çəkinməz. İman gətirənlər bunun öz Rəbbi tərəfindən bir həqiqət
olduğunu bilirlər, kafirlər isə: “Allah bu məsəllə nə demək istəyir?”
-deyirlər. Allah bununla (bu məsəllə) bir çoxlarını zəlalətə salır, bir
çoxlarını isə doğru yola yönəldir. Allah yalnız fasiqləri zəlalətə
düçar edir" (əl-Bəqərə / 26)
3- Qatir "Sizin
minməyinizdən ötrü, həm də zinət üçün atı, qatırı və uzunqulağı (O
yaratdı). (Allah) hələ sizin bilmədiyiniz neçə-neçə şeylər (nəqliyyat,
minik vasitələri və s.) də yaradacaqdır" (ən-Nəhl / 8)
4- Buzov "Həqiqətən,
elçilərimiz (mələklər) İbrahimə müjdə (İshaqın anadan olacağı xəbərini)
gətirib: “Salam!” – dedilər. (İbrahim də: ) “Salam!” – deyə cavab verdi
və dərhal (gedib onlara) qızarmış bir buzov gətirdi." (Hud / 69) "(Bir
daha) xatirənizə gətirin ki, Biz Musaya (Tur dağında vəhy üçün) qırx
gecəlik vədə vermişdik. (O, Tur dağına gedəndən) sonra siz buzovu
özünüzə (tanrı) qəbul etdiniz və (bu hərəkətinizlə Alladan başqasına
ibadət etməklə) zalım oldunuz (özünüzə zülm etdiniz)." (əl- Bəqərə /
51)
5- Inək "Onlar
dedilər: “Bizdən ötrü Rəbbini çağırıb (Rəbbinə dua edib) soruş ki, o
(inək) nə cür olmalıdır?” (Musa: ) “Allah o inəyin nə çox qoca, nə də
çox cavan deyil, bunların ikisinin arasında (düyə) olduğunu buyurur.
Sizə əmr olunan şeyi yerinə yetirin!” –dedi." (əl-Bəqərə / 68) "Yəhudilərə
dırnaqlı heyvanların hamısını haram etdik. İnək və qoyunun bellərinə və
ya bağırsaqlarına yapışan, yaxud sümüklərinə qarışan yağlar müstəsna
olmaqla, onların piylərini də yəhudilərə haram buyurduq. Həddi
aşdıqlarına görə onları belə cəzalandırdıq. Şübhəsiz ki, Biz sözündə
doğru olanlarıq!" (əl-Ən'am / 146)
6- İlan "(Firon bunu deyən kimi) Musa əsasını (yerə atdı) və o, dərhal (hamının gözünə) aşkar görünən bir əjdaha oldu" (əl-Ə'RAF / 107) "(Musa) əsasını (yerə) atan kimi, o dərhal açıq-aşkar bir əjdaha oldu" (əş-Şuəra / 32)
7- Çəyirtkə "Biz
ayrı-ayrı möcüzələr üzrə onlara tufan, (əkinlərinə) çəyirtkə və
həşərat, (evlərinə, yeməklərinə) qurbağa və (çeşmələrinə, kəhrizlərinə)
qan göndərdik. Onlar yenə də (iman gətirməyi) özlərinə sığışdırmayıb
kafir bir tayfa oldular." (əl-Ə'RAF / 133) "Onlar (o gün) gözlərini zəlilanə aşağı tikib (ətrafa) səpələnmiş çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar" (əl-Qamər / 7)
8-Eşşək "Sizin
minməyinizdən ötrü, həm də zinət üçün atı, qatırı və uzunqulağı (O
yaratdı). (Allah) hələ sizin bilmədiyiniz neçə-neçə şeylər (nəqliyyat,
minik vasitələri və s.) də yaradacaqdır." (ən-Nəhl / 8)
9- Nəhəng Balıq - Balina "(Yunis
Allahın izni olmadan qövmünü tərk edib getdiyinə görə) özünü qınayarkən
(dənizə atılarkən) balıq onu udmuşdu." (əs-Saffat / 142) "(Ya
Rəsulum!) Sən öz Rəbbinin hökmünə səbr et və balıq sahibi (Yunis
peyğəmbər) kimi olma (risaləti təbliğ etməyi yerə qoyma). O zaman o,
(balığın qarnında) qəm-kədər içində boğularaq (Rəbbinə) dua etmişdi."
(əl-Qaləm / 48)
10- Donuz "O
(Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini və Allahdan
başqasının adı ilə (bütlərin və s. adı ilə) kəsilənləri (yeməyi) qəti
haram etmişdir. Lakin naəlac qaldıqda (başqasının malını) zorla
mənimsəmədən və həddi aşmadan (zəruri ehtiyacı ödəyənə qədər) bunlardan
yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur. Allah bağışlayandır,
mərhəmətlidir" (əl-Bəqərə / 173)
"(Ya Rəsulum!) De: “Mənə
gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan,
donuz əti və ya Allahdan başqasının adı ilə (bismillah deyilmədən)
günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin
yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm. Bununla
yanaşı, hər kəs məcburiyyət qarşısında qalsa, həddi aşmadan, zəruri
ehtiyacını ödəyəcək qədər (bunlardan yesə, Allah ona cəza verməz)”.
Çünki sənin Rəbbin, həqiqətən, bağışlayandır, rəhm edəndir!" (əl-Ən'am
/ 145)
11- At "Qadınlar,
uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin
yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl
göstərilmişdir. (Lakin bütün) bunlar dünya həyatının keçici zövqüdür,
gözəl dönüş yeri isə Allah yanındadır." (Ali-Imran / 14)
12- Qurd "(Yəqub)
dedi: “Onu aparmağınız məni çox məyus edər (ayrılığına dözə bilmərəm).
Qorxuram ki, onu qurd yeyə, siz də xəbər tutmayasınız! Onlar: “Biz
güclü bir dəstə (on bir nəfər) ola-ola (gözümüzün qabağında) qurd onu
yesə, onda biz aciz olarıq ki!” – deyə cavab verdilər." (Yusuf / 13-14)
"Və dedilər: “Ata! Biz (at çapmaq, yaxud qaçışıb-ötüşmək və ya ox
atmaqda) bir-birimizlə yarışmaq üçün (səhraya) getmişdik və Yusifi
şeylərimizin (libaslarımızın) yanında qoymuşduq. Bir də xəbər tutduq
ki, qurd onu yemişdir. İndi biz doğru danışsaq da, sən bizə
inanmayacaqsan!" (Yusuf / 17)
13- Ağcaqanad "Ey
insanlar! Bir məsəl çəkildi, ona qulaq asın! Şübhəsiz ki, Allahdan
qeyri ibadət etdiyiniz bütlər heç bir milçək də yarada bilməzlər – lap
hamısı bunun üçün bir yerə yığışsa belə! Əgər milçək onlardan (bütlərin
üstündə olanlardan) bir şey götürüb aparsa, onu milçəkdən geri ala
bilməzlər. İstəyən də aciz, istənilən də! (Bütlər də aciz, milçək də,
yaxud bütlərə ibadət edən də aciz, ibadət edilən bütlər də!)" (əl-Həcc
/ 73)
14- Bildirçin "(Yadınıza
salın ki, Tih səhrasında yaşadığınız zaman) üstünüzə buludla kölgə
saldıq və: “Ruzi olaraq verdiyimiz halal şeylərdən yeyin!” (deyərək)
sizə qüdrət halvası və bildirçin göndərdik. Onlar (əcdadınız) isə
(itaətdən boyun qaçırmaqla) Bizə deyil, ancaq özlərinə zülm etmiş
oldular" (əl-Bəqərə/ 57)
15- Qoyun "(Allah
o heyvanları) səkkiz cift yaratdı: (erkək və dişi olmaq üzrə) bir cüt
qoyun və bir cüt keçi. De: “(Allah) iki erkəyi, yoxsa iki dişini, yaxud
da iki dişinin qarınlarındakı (müxtəlif cinsli) balaları haram etdi?
Əgər (Allahın nəyi halal, nəyi haram buyurduğunu bildiyinizi) doğru
deyirsinizsə, bir elmə əsaslanaraq (bu haqda) mənə xəbər verin!"
(əl-Ən'am / 143)
16- Qurbağa "Biz
ayrı-ayrı möcüzələr üzrə onlara tufan, (əkinlərinə) çəyirtkə və
həşərat, (evlərinə, yeməklərinə) qurbağa və (çeşmələrinə, kəhrizlərinə)
qan göndərdik. Onlar yenə də (iman gətirməyi) özlərinə sığışdırmayıb
kafir bir tayfa oldular." (əl-Ə'RAF / 133)
17- Hörümçək "Allahdan
başqa özlərinə dost (hami) qəbul edənlər özünə yuva qurmuş hörümçəyə
bənzəyirlər. Evlərin ən zəifi isə, şübhəsiz ki, hörümçək yuvasıdır. Kaş
biləydilər! (Hörümçək toru möhkəm olmayıb adicə bir yel nəticəsində
dağıldığı kimi, onların bu dostlarının da heç bir etibarı yoxdur. Bərk
ayaqda onları qoyub qaçarlar)." (əl-Ənkəbut / 41)
18- Qarğa "Sonra
Allah qardaşının cəsədini necə basdırmağı ona göstərmək üçün yer eşən
bir qarğa göndərdi. (Qabil) dedi: “Vay halıma! (Gör nə günə qalmışam!)
Bu qarğa qədər olub qardaşımın cəsədini də basdıra bilmərəm?” O, artıq
peşman olmuşdu." (əl-Maidə / 31)
19 - Kəpənək "O gün insanlar kəpənək kimi ətrafa səpələnəcək (çəyirtkə kimi bir-birinə qatışacaq)" (əl-Qariə / 4)
20 - Fil "(Ya
Peyğəmbər!) Məgər Rəbbinin fil sahiblərinə (Kəbəni dağıtmaq üçün
fillərlə Məkkənin üstünə gələn həbəş ordusuna) nələr etdiyini
görmədinmi?!" (əl-Fil / 1)
21- Meymun "Həqiqətdə
siz bilirsiniz ki, içərinizdən bəzi kəslər şənbə günü (Davud zamanında
şənbə günü balıq ovunun qadağan edilməsi) haqqında olan əmrdən kənara
çıxdılar. Biz də onlara: “(Zəlil və) həqir meymunlar olun!” – dedik"
(əl-Bəqərə / 65) "De: “Allah yanında cəza etibarilə bundan
(dediklərinizdən) daha pisini sizə xəbər verimmi? Allahın lənətlədiyi,
qəzəbləndiyi, özlərini meymunlara, donuzlara və şeytanlara (bütlərə)
ibadət edənlərə döndərdiyi şəxslər mövqecə daha pis və doğru yoldan
daha çox azanlardır!" (əl-Maidə / 60)
23- Bit "Biz
ayrı-ayrı möcüzələr üzrə onlara tufan, (əkinlərinə) çəyirtkə və
həşərat, (evlərinə, yeməklərinə) qurbağa və (çeşmələrinə, kəhrizlərinə)
qan göndərdik. Onlar yenə də (iman gətirməyi) özlərinə sığışdırmayıb
kafir bir tayfa oldular" (əl-Ə'RAF / 133)
24- İt "Əgər
Biz istəsəydik, onu (həmin ayələrlə) ucaldardıq. Lakin o, yerə
(dünyaya) meyl edib nəfsinin istəklərinə uydu. O elə bir köpəyə
bənzəyir ki, üstünə cumsan da dilini çıxardıb ləhləyər, cummasan da
(Onun üçün heç bir fərqi yoxdur). Bu, ayələrimizi yalan hesab edənlər
barəsində çəkilən məsəldir. (Ey Peyğəmbərim!) Bu əhvalatları
(yəhudilərə) söylə ki, bəlkə, (lazımınca) düşünsünlər!" (əl-Ə'RAF /
176)
25- Keçi "(Allah
o heyvanları) səkkiz cift yaratdı: (erkək və dişi olmaq üzrə) bir cüt
qoyun və bir cüt keçi. De: “(Allah) iki erkəyi, yoxsa iki dişini, yaxud
da iki dişinin qarınlarındakı (müxtəlif cinsli) balaları haram etdi?
Əgər (Allahın nəyi halal, nəyi haram buyurduğunu bildiyinizi) doğru
deyirsinizsə, bir elmə əsaslanaraq (bu haqda) mənə xəbər verin!"
(əl-Ən'am / 143)
26- Qarışqa "Nəhayət,
onlar (Taifdəki, yaxud Şamdakı) qarışqa vadisinə gəlib çatdıqda bir
qarışqa (qarışqaların padşahı) dedi: “Ey qarışqalar! Yuvalarınıza girin
ki, Süleyman və ordusu özləri də bilmədən sizi (ayaqları altında) basıb
əzməsinlər!" (ən-Nəml / 18)
27- Ari Rəbbin
bal arısına belə vəhy (təlqin) etdi: “Dağlarda, ağaclarda və
(insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə)
özünə evlər tik (pətəklər sal) (ən-Nəhl / 68)
28- Şanapipik Sonra
(Süleyman) quşları yoxlayıb dedi: “(Torpaq altında suyun harada
olduğunu bilən) Hüdhüdü (şanapipiyi) niyə görmürəm? Yoxsa o burada
yoxdur?(ən-Nəml/20)
Məlumatlar üçün V.Məmmədəliyevin tərcümə etdiyi Qurani Kərimdən istifadə edilmişdir. Qüsurlar olarsa günahımızdan keçin.