İmtahan meydanı...
İnsan bir mənada da “imtahan” deməkdir. Başqa sözlə harada insan varsa, orada imtahan var. İmtahan Qəhrəmanı (s.ə.s.) da bu barədə: “Ən çox imtahana çəkilənlər əvvəlcə peyğəmbərlər, salehlər, sonra da dərəcələrinə görə digərləridir”, - buyuraraq imtahanın insanlar üçün bir yüksəliş nöqtəsi olduğunu göstərmişdir. Əslində həyat başdan-başa imtahandır. Ən böyük imtahanlara məruz qalanlar isə “böyüklərdir”. Allah onların dərəcələrini artırmaq üçün cürbəcür imtahanlara məruz qoymuşdur. Hz. Zəkəriyyanın (ə.s.) oğlu Yəhya Peyğəmbər doğranmış, neçə-neçə böyük xəlifələr şəhid edilmiş, Əbu Hənifə uzun işkəncələrdən sonra həbsxanada vəfat etmiş, İmam Malik dəfələrlə zorakılıqlara məruz qalmış, nəticədə qolu şikəst olmuş, Əhməd bin Hənbəl huşunu itirənə qədər döyülmüş, ətləri diri-diri parçalanmış, məşhur hədisçi alim Buxari öz vətənindən sürgün edilmişdir. Bir sözlə, bu insanlar dünən də var idi, bu gün də var, sabah da olacaqlar... Fikirleriniz bildirməyi unutmayın...
|