İmtahana hazırsınızmı?
Yaradılış qayəsi ilə bağlı sualları uzatmaq mümkün olsa da cavab çox sadədir: “İmtahan”!.. Uca Kitabımız da “Həqiqətən, Biz insanı qarışıq bir nütfədən yaratdıq. Biz onu imtahana çəkəcəyik” (Əl-İnsan, 76/2) buyurur. Qur’anın müxtəlif ayələrində müxtəlif cür ifadə edilsə də insanın yaradılmasında məqsəd onu sınaqdan çıxarmaq, ya da başqa bir ifadə ilə “kömür” yoxsa, “almaz” olduğunu aşkar etməkdir. Məhəmməd Surəsinin 31-ci ayəsində isə səbirlə imtahandan bəhs edilir: “(Ey möminlər!) And olsun ki, Biz içərinizdəki mücahidləri və səbir edənləri ayırd edə bilmək üçün sizi imtahana çəkəcək və əməllərinizi də yoxlayacağıq”... Elə isə yalnız “İman etdik” demək kifayətdirmi? Əlbəttə ki, yox. Çünki Qur’ani-Kərim: “Möminlər yalnız: “İman gətirdik” - deməklə onlardan əl çəkiləcəyini və imtahan olunmayacaqlarınımı sanırlar?” (Əl-Ənkəbut, 29/2) - deyir. Ömrü boyu insanın qarşılaşdığı bəlalar, müsibətlər də məhz bunun ifadəsidir. Bu yolda qazanmaq da, itirmək də öz əlimizdədir. Elə isə imthana hazırsınızmı Fikirlerinizi bildirməyi unutmayın...
|