Texas sular altında. Texasda 10 yaşındakı Jovanni Solis yağan şiddətli yağış sonrası evindən çıxır amma özünü az qala boyuna qədər gələn suyun içində tapır. Buz rəqsi. Rusiyada təşkil edilən Dünya buz rəqsi çempionatında maraqlı bir nümayiş. Super. Təmizlik. Almaniyada Beatrix Maenner adlı bir qadın maraqlı bir üsulla küçələri təmizləyir. Torpaq sürüşməsi. Taylandda yağış səbəbiylə çökən dəmiryolunda qatar son anda dayanaraq bir fəlakətin qarşısı alındı. Qurtarma əməliyyatı. Kanadanın Burlington şəhərində bir mənzil divarına dırmaşan heyvanı qurtarma çalışması maraqla izlənildi. Belə Yarışma Olmaz! Yeni Zellandanın Shemzel qəsəbəsində bir yarışma görənləri təəccübləndirir. Ən uzağa öküz yumurtalıqlarını daşıyan yarışmacı 1-ci olur. Ayını Anası bilib. Conchita 7 aylıq bir Mangabey meymunudur. London Zooparkında oyuncaq ayını ölən anası yerinə qoyub... Caan Utandıran Hesab (şot). ABŞ-ın Montreal Alouettes komandasının tərəfdarları komandaları oyunu uduzunca çarəni başlarına kisə kağızı keçirməkdə görmüşlər. Pələng ziyarəti. Çinin safari parkında 5 pələng ziyarətçiləri maraqlı bir şəkildə izləyir. Üzmə Dərsi Çinli körpələr üzməyi öyrənir. Şar Cənnəti. Çində qeyd olunan Milli Gün səbəbiylə bir küçə 300 min qırmızı şarla bəzəndi. Doğurdan da, gözəlmiş. Diqqət! Güllə Gəlir. Başı qaldırmaq üçün heç də doğru zaman deyildi. Nəhəng balqabaq. Kaliforniyalı 8 yaşındakı Maia Barthman sizcə də boyundan böyük bir işə cəhd etməmişmi? :) Baptizm Mərasimi. Braziliyalı bir qrup keşiş İsrailin Jordan çayında baptizm mərasimi təşkil edir. Hörmətli sərnişinlər! Təyyarəmizi biraz itələyə bilərsinizmi? :) Avtomobil olsa, yük maşını olsa nəysə... Amma bu böyük bir təyyarə. Və 69 sərnişin təyyarəsini avtomobilmiş kimi terminala itələtdirərək çatdıra bildi. Hadisə Çinin Zhengzou Aerodromda yaşandı. Çin Shandong Hava yollarına aid nəhəng təyyarə normal şəkildə aerodroma endi. Ancaq endikdən sonra ortada qaldı. Təyyarəni terminala çəkəcək vasitənin də qəzalı olduğu aydın olunca pilot anonsla sərnişinlərdən nəzakətli bir xahiş etdi: "Hörmətli sərnişinlər, təyyarəmiz xarab oldu, amma ortada buraxa bilmərik. Başqa təyyarələr enə bilməyəcək. Bir əl atsanız da terminala qədər itələyərək aparsaq..." Anonsu eşidən sərnişinlər "Baş üstə, qardaş" məsəli kimi dərhal köməyə qaçdı. Hər kəs kəmərini açdı, enib 20 tonluq təyyarəni itələməyə başladı. Amma iş düşündükləri qədər asan olmadı. Sərnişinlərdən 69 adam və 7 işçi təxminən 2 saatlıq bir cəhddən sonra təyyarəni terminala yaxınlaşdırdı. Pilot və aerodrom vəzifəliləri daha sonra hər kəsə təşəkkür edib çay təklif etdi. "Yan-yana oturmayın tarazlığı pozursunuz" xəbərdarlığı evli cütlüyü arıqlatdi! İngiltərədə gombul ər-arvad təyyarədə özlərinə "Yan-yana oturmayın tarazlığı pozursunuz" xəbərdarlığı edilincə 9 ayda 79 kilo verdi. Cəmi ağırlıqları 255 kilo olan Alan və Jan Coupe cütlüyü keçdiyimiz il tətilə çıxmağa qərar verdi. Manş dənizindəki Guernsey Adasına getmək üçün təyyarəyə minən cütlüyün yanına gələn sahibə "təyyarənin tarazlığı pozulduğu üçün yan-yana oturmalarının mümkün olmadığını, birinin təyyarənin ön tərəfində digərinin də arxa tərəfində oturması lazım olduğunu" söylədi. Bu vəziyyətə çox inciyən 28 illik evli cüt sağlam və nizamlı bəslənərək 9 ay içində 79 kilo verdi. Yağlı yeməklərdən uzaq olan Jan Coupe 40 kilo arıqlayaraq 125-dən 85 kiloya düşərkən, 130 kilo olan əri Alan/ Coupe isə 91 kiloya endi.