`
Yaxın günlərdə elektron ünvanlara belə bir məktub göndərilir. Məktubun tam məzmununu nəzərinizə çatdırırıq.
"Xahiş edirik bu məlumatı oxuyasınız. Bu məktub internetə çıxışı olan və elektron ünvanı olan hamını maraqlandırır. İstər Hotmail, Yahoo, AOL və s. Məktub Microsoft və Nortondan gəlib. Xahiş edirik bu məktubu hamıya ünvanlayın. Sizin elektron ünvanınıza “Mail Server Report” adlı məktub göndərilə bilər. Əgər bu məktubu açsanız ekrana belə bir cümlə gələcək- “Artıq gecdir, sizin həyatınız daha yaxşı olmayacaq” ( “İt is too late now? Your life is no longer beautiful”).Məktubu açmaqla kompüterinizdə olan hər şeyi itirəcəksiz. Sizin bütün parollarınız ələ keçiriləcək.
Bu virus təzə yayılıb, şənbə günündən etibarən hərəkətə keçib. AOL artıq bu virusun varlığını təsdiqləyir və qeyd edib ki, heç bir antivirus proqramları onu tutmağa qadir deyil. Virus “Həyatın hakimi” adlı haker tərəfindən yaradılıb. Lütfən bu bildirişi bütün yaxınlarınıza, bildiklərinizə göndərin. Bu məktub Snopes tərəfindən təsdiqlənib"
Bütün antivirus proqramlarının bacara bilmədiyi bu virusa qarşı siz də diqqətli olun. Bunun üçün tanımadığınız,spam xarakterli məktubları açmamağınız məsləhət görülür.
Fikirleriniz... |