Главная
Регистрация
Вход
Şəmbə
23.11.2024
15:22
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Tom və Jerry cizgi filmində kimin tərəfindəsən ?
[ Netice · Diger ]
Cavablar: 105

Мини-чат

Статистика

Saytda Olanlar 22
Qonaqlar 22
İstifadəçilər 0

  

20:40
Ölümün o biri üzü


Bir çox insanlar ölüm deyiləndə hər şeyin yoxa çıxmasını, çürüməsini və torpağa çevrilməsini başa düşürlər.

Ona görə də belələri ölümdən çox qorxur, onun adı gələndə irkilirlər, onunla üz-üzə gəlməyi isə, ümumiyyətlə, arzulamırlar. Xəstəlik, yaşlılıq, müharibələr, müxtəlif qəzalar və ya zəlzələ kimi təbii fəlakətlər baş verdikdə, onlar daha çox qorxur və titrəyir, qəbrin qaranlıq və yalqızlıq məkanı olduğunu düşünür, nəticədə həyatları əzaba, işgəncəyə çevrilir.
Bəli, belələrinə görə, insan ölən kimi onun üçün hər şey bitir, hər şey və hər yer zülmətə çevrilir. Halbuki ölüm bir yoxluq deyil, qəbir də zülmət və yalqızlıq məkanı deyil.
Kainatda hər şey (bildiyimiz və bilmədiyimiz) hikmətlə yaradılıb, hər şey bu hikmətə uyğun olaraq yaşayır və həyatını sona çatdırır. Ölüm də bir məxluqdur, o da yaradılıb, onun yaradılışında da bir hikmət var.
Ölüm - bir dünyadan başqa bir dünyaya köçmək, bir hal dəyişikliyinə uğramaq, əməllərin nəticələrinə görə fərqli bir aləmə daxil olmaq, Uca Yaradıcı (c.c.) ilə üz-üzə gəlmək şansını qazanmaq, nəticə etibarilə isə əsl vətənə qayıtmaq deməkdir. Bu baxımdan qəbir də qaranlıq bir çuxur deyil, əksinə, nurlu aləmlərə açılan bir qapı və aydınlıqlara aparan bir koridordur. Yəni ölüm əslində ikinci dəfə dünyaya gəlməkdir. Ancaq ikinci dünya fərqli dünyadır.
İnsanı bu dünyaya xidmətə göndərilən əsgərə bənzədənlər də var. Ölüm isə bu xidmətdən tərxis olunmaqdır. Ölümdən sonrakı həyat isə xidmətin müqabilində mükafatın və ya cəzanın verilməsi deməkdir. Bu xidməti əmr olunduğu kimi icra edənlər üçün ölüm bir kabus deyil, əksinə, onlar sevə-sevə ölümə doğru irəliləyirlər. Xidmətində qüsura yol verənlər isə ölümü kabus olaraq qəbul edirlər.
Ölüm əslində Allahın (c.c.) "İndi yanıma qayıdın” əmrindən başqa bir şey deyil. Bu əmri alan ruh bir an belə burada qalmaq istəmir və dərhal əmrə riayət edir.
Toxumu gözünüzün önünə gətirin. O toxum ki, torpağa basdırılan kimi cücərir, böyüyür, onun üçün yeni bir həyat başlayır. Ölüm də belədir. İnsan torpağa basdırıldığında onun üçün yeni bir həyat, əbədi bir həyat başlayır.
Ruh üçün bədən bir qəfəsdir. Ölüm ruhu` bu qəfəsdən, dar zindandan xilas edir. Yalnız buna görə belə ölümü sevməyə dəyər. Çünki insanı əbədi həyata və əbədi azadlığa qovuşduran yeganə körpü ölümdür.
İnsan ölmək üçün var olur, dirilmək üçün ölür və əbədiyyəti duymaq və yaşamaq üçün yenidən dirilir. Dünyaya bir-bir gəlirik, tək yaşayırıq bu həyatı. O qədər müştərəkliklərə baxmayaraq, hər kəs öz qədərini yaşayır və ölür... Son ucu ölümlü dünya...

Категория: Müxtelif | Просмотров: 1060 | Добавил: fiona | Рейтинг: 0.0/0
Всего комментариев: 6
0  
 
Leyla yazdıki >> [ thanksyou color=red]Maraqli xebere gore te$ekkurler[/color] 
__________
İstifadəçiəçi Adı:DaMLa
İP:85.132.73.141
Tarix: 28.06.2009 ,21:42.

0  
 
Leyla yazdıki >> thanksyou 
__________
İstifadəçiəçi Adı:DaMLa
İP:85.132.73.141
Tarix: 28.06.2009 ,21:32.

0  
 
ufuq yazdıki >> tesekkurler fionaa amma axira qeder oxuya bilmedim 
__________
İstifadəçiəçi Adı:@__fresman__@
İP:93.88.82.6
Tarix: 26.06.2009 ,20:40.

0  
 
rihanna yazdıki >> serhlere gore cox sagolun 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:94.20.27.195
Tarix: 26.06.2009 ,14:04.

0  
 
Anonim yazdıki >>
ÇoooooXSağol.
 
__________
İstifadəçiəçi Adı:merve
İP:82.118.158.156
Tarix: 25.06.2009 ,21:26.

0  
 
fatinka yazdıki >> Tesekkur eirem Maraqlidir yerivar thanksyou 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:82.118.137.100
Tarix: 25.06.2009 ,20:58.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024