1918-ci il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradıması haqqında qərar çıxarılıb Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 91 il keçir. İlk dəfə olaraq 1918-ci il iyunun 26-da Gəncə şəhərində yerləşən parlament tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin yaradıması haqqında qərar çıxarılıb və Azərbaycanda ilk əlahiddə korpus yaradılıb. Bununla da ölkənin hərb tarixində şərəfli bir yolun əsası qoyulub. Bu qərarı çıxardanlar keçmiş rus ordusunun azərbaycanlılardan ibarət olan "Dikaya diviziya" adlanan 600 nəfərlik alayı olub. Həmin alayın komandiri general Əliağa Şıxlinski idi.
Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilmiş və həmin funksiya Xalq Hərbi Komissarlığına verilmişdir. Azərbaycan ordusunun 21 generalından 15-dən çoxu bolşeviklər tərəfindən güllələnib. Azərbaycan ikinci dəfə müstəqil olandan sonra, 1991-ci ilin sentyabrında Ali Sovet Müdafiə Nazirliyinin, oktyabrın 9-da isə Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edib.
Yaşasın Azərbaycan, Yaşasın Azərbaycan ordusu!!!
|