Mallarımız artdı, sevincimiz azaldı.. Daha böyük evlərdə, amma daha kiçik ailələrdə yaşayırıq.. Rahatlığımız artdı, amma vaxtımız azaldı.. Peşəkarlar artdı, amma problemlər çoxaldı.. Dərmanlar çoxaldı, amma xəstəliklər artdı.. Çox pul xərcləyirik, amma az gülürük.. Axşam gec yatırıq, səhər yorğun qalxırıq.. Az kitab oxuyuruq, çox TV seyr e`dirik.. Çox danışırıq, amma az könül veririk və çox yalan danışırıq.. Pul qazanmağı öyrəndik, amma yuva qurmağı bacarmadıq.. Aya qədər gedib qayıdırıq, amma qonşumuza baş çəkmirik.. Kosmosu kəşv etdik, amma öz daxilimizdən xəbərsizik.. Havanı təmizlədik, amma ruhları kirlətdik.. Çox yazırıq, amma az inkişaf edirik.. Daha çox plan qururuq, amma az nəticə alırıq.. Tələsməyi öyrəndik, amma səbr etməyi əsla.. Tanışlar çoxaldı, amma dostlar azaldı.. Cəhdlər artdı, amma xoşbəxtliklər azaldı.. Dövlətimizi artırdıq, amma dəyərlərimizi itirdik.. HƏYATA İLLƏR QATDIQ, ...................AMMA İLLRƏ HƏYAT QATA BİLMƏDİK..
Fikirleriniz... |