Mən hamıdan gec öləcəm Saatların əqrəbləri təmbəlləşir gündən-günə. Zaman yoxmu, zaman varmı? Ilk baharmı, son baharmı? Ötürdüyüm hər bir ildən xatirələr yadigarmı? Gizlimi, ya aşikarmı qocalıram gündən-günə, Inan, aşağı endikcə ucalıram gündən günə. Sarmaşıqlar sarılıbdır əllərimə qoymur yazam, Yaddaşıma lənət olsu`n bu şəhərdə qoymur azam. Bədən ölər, ruh yaşayar, məhəbbəti ruh daşıyar, Nə edim ki, bədəndən tez ruhum ölür gündən-günə, Bu zülmətdə bir şam ilə o da sönür gündən-günə. Milyonların arasında tənhalığa qapılmışam, Nə deyərəm, nə gülərəm, sanki daşdan yapılmışam, Cırılmış bir paltar kimi bədənimdən atılmışam, Ciyərlərim vermir nəfəs paxıllaşır gündən-günə, Güzgüdəki düşmənlərim yaxınlaşır gündən-günə. Ağıllı anlamaz məni dəlilərin şairiyəm, Dənizlərdə batım gedən gəmilərin şairiyəm, Qığılcımla alovlanan zəmilərin şairiyəm. Alovlanan zəmilərim külə dönür gündən-günə, Yaxınlarım məzarlıqda g`ülə dönür gündən günə. Gəncəm, amma qəlbim deyir: -Qoca, yüzü vurdun başa Ürəyin hər döyüntüsü deyir yaşa,yaşa,yaşa! Nə yaşamaq? Yaşadıqca yaşananlar dəydi daşa. Yazı qışı aşa-aşa yaşayıram gündən-günə, Daşıyıram yaraları qaşıyıram gündən-günə, Ağacların yarpaqları, bax, tökülür gündən-günə, Qurduğum arzulara bax, bax, sökülür gündən-günə, Belim düzdü qəlbim isə bax, bükülür gündən-günə. Amma yuxularım deyir, mən hamıdan gec öləcəm Mən ya dahi bir sənətkar, ya da ki, bir heç olacam
Fikirleriniz... |