Главная
Регистрация
Вход
Şəmbə
23.11.2024
15:34
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Ən maraqlı cizgi filmi ?
[ Netice · Diger ]
Cavablar: 125

Мини-чат

Статистика

Saytda Olanlar 25
Qonaqlar 25
İstifadəçilər 0

  

19:01
Gələcəyin ən yaxşı peşələri

Gələcəyin ən yaxşı peşələri :


Yaxın illərdə dünyanın, eləcə də Azərbaycanın, əmək bazarında maraqlı yeniliklər gözlənilir.
Xarici ölkələrdə aparılan tədqiqatlar göstərib ki, bir neçə ildən sonra dünyada bəzi peşələrə tələbat kəskin artacaq. `
Bunların əksəriyyəti iqtisadiyönümlü işlərdir. Artıq Azərbaycanda da belə peşələri müəyyənləşdirməyin vaxtı çatıb.
Kompüter mütəxəssisləri və proqramçılara tələbat elə indi də böyükdür.
Üstəlik Azərbaycanın Beynəlxalq Mühasibət Standartlarına keçməsiylə əlaqədar olaraq ölkədə bu səviyyədə işləməyi bacaran mühasiblərə ehtiyac artıb. Bu peşələr bütün dünyada, elə Azərbaycanda da tələbat olan və gəlirli sahələr sayılır.
Bundan başqa, mütəxəssislər bildirir ki, daşınmaz əmlak sahəsinin inkişafı gələcəkdə bu sahənin agentlərinə - rieltorlara tələbatı artıracaq.
Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov: “Bu sahədə bizdə mütəxəssislər çatışmır.
Varsa da, bir çox hallarda həvəskar səviyyəsindədir. Peşəkarlar isə azdır. Bu gün ehtiyac varsa, gələcəkdə ehtiyac daha çox olacaq”.
Yaxşı gələcəyi olan peşələrin sırasına qiymətləndiriciləri, brokerləri, marketoloqları da əlavə etmək olar.
Ekspertlər bildirir ki, hələ tam inkişaf etmədiyinə bu sahələrin gələcəyi qabaqdadır.
Ümumiyyətlə araşdırmalar göstərir ki, qarşıdakı illərdə iqtisadi yönümlü peşələrə tələbat yüksək səviyyədə qalacaq, üstəlik yeni peşələr yaranacaq.
Məsələn şəxsi maliyyə məsləhətçisi. Maliyyə böhranı və vəziyyətin sürətlə dəyişdiyi bir vaxtda bəziləri pulunu qoruyub saxlamağa və etibarlı sahəyə yatırmağa çətinlik çəkir.
Onlara bu məsələdə şəxsi maliyyə məsləhətçiləri kömək edə bilər. Təbii ki, bu xidmət pulsuz deyil. Şəxsi maliyyə məsləhətçiləri Amerikada ən çox pul qazananlardır.
Gələcəkdə ən çox tələbat olacaq tibbi peşələrdən biri stomatoloqlardır.
Bu da təəccüblü deyil - dişlərə qayğı artır, artıq indidən diş həkimləri ən yaxşı qazanan və ən rahat qrafiki olanlardan sayılır.
cəmi 7 ildən sonra 2016-cı ildə isə diş həkimlərinə tələbatın daha 30 % artacağı gözlənilir.
Böyük tələbat yaranacaq tibbi peşələrin biri də diaqnostikadır. Elmi-texniki nailiyyətlər təkcə stomatologiyada tətbiq olunmur.
Xüsusilə qadınların artan tələbləri kosmetologiyada yeniliklərə səbəb olub. Bu yeniliklərin tətbiqi üçün təcrübəli kosmetoloqlara ehtiyac var.
Yəni, gələcəkdə kosmetoloqlara tələbat artacaq. Ekoloqlar, ev heyvanlarına baxan həkimlər - baytarlar da gələcəkdə tələbatın böyük olacağı digər peşələr sırasındadır.
Категория: Müxtelif | Просмотров: 983 | Добавил: fatinka | Рейтинг: 0.0/0
Всего комментариев: 3
0  
 
rihanna yazdıki >> sagol fatinka super xeberdi 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:82.118.157.250
Tarix: 25.07.2009 ,21:55.

0  
 
Anonim yazdıki >> Təşəkkürlər bacişqa .Əladı. op yerivar good 
__________
İstifadəçiəçi Adı:merve
İP:82.118.138.66
Tarix: 13.07.2009 ,21:53.

0  
 
Ceyhun yazdıki >>
Chox sag ol.Twk.....
 
__________
İstifadəçiəçi Adı:KaPiTaN_BlAcK
İP:85.132.117.167
Tarix: 13.07.2009 ,20:53.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт

Поиск

Календарь
«  İyul 2009  »
B.EÇ.AÇerC.AŞeBaz
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024