Yaşanmamış bir eşq hekayəsi dinlədim, Yaşanamamış…
Bir hüzn çökdü içimə… Bir hüzn qələmimdə... Elə bir hüzn ki, Getmir bu gün məndən…
İnsan sevməkdən niyə qorxar? Insan aşiq olmaqdan niyə çəkinər? Sevdigini söyləməkdən niyə qaçar?
Halbuki eşq hər yaşda gözəldir, eşq hər yaşda vardır.. O heç getməz ki bizdən, həmişə bizimlə qalar… Həmişə onu tapmağımızı gözləyər və bir gün ortaya çıxar. Bax o zaman eşq və biz birləşərik…
Lakin çətindir eşqi tapmaq, çətindir sevdalanmaq, Çətindir dogru insani, dogru zamanda tapmaq…
Yaşanmamış bir eşq hekayəsi dinlədim... Halbuki necə də ac idi ürəyi sevgiyə, eşqə, Halbuki sevgi sözlərinə necə də həsrət idi… Amma yaşaya bilməmişdi, başlamadan bitmişdi eşq.
Bəzən elə qərarlar alırıq ki sonu olmayan… Və həyat eləcə davam edib gedər. Nə keçən ömürümüzə baxarıq, nə də axıb gedən zamana. Ölüm bir an əvvəl gəlsin deyə gözləyərik...
Ya biz eşqə çox gec qalmışıq, ya da eşq bizdən çox qabaqda getməkdədir…`
Amma unutmamağımız lazım olan bir şey daha var: Eşq əslində həmişə bizimlədir, həmişə ürəyimizdədir... Yetər ki, səslənməsini bilək... yetər ki, ürəyimizə küsməyək... Həyat təəssüf ki çox qısadır, ona görə sevməyə laqeyd yanaşmayın, Və o ürəyinizdəki möcüzəvi eşqi təxirə salmayın…
|