Həsrətin qəlbimi pərişan edir.Hardasan? Gözləri yolda qalmışam. Qayıt gəl...Sənin üçün çox darıxmışam.
Uzaqdasan...Səsin, gözlərin, cismin uzaqlardadı.Səni hər düşündükcə sənə daha da yaxın olmaq istəyirəm.Əllərimi sənə hər uzatdıqda daha da uzaq olduğunu anlayıram.Üzülürəm...Bir quştək uçuram sən olan yerlərə, gəlib görürəm ki,yoxsan sanki qanadlarım qırılıb yanıma düşür. Sən sanki bir aysan. Baxdıqda yaxın,əllərimi uzatdıqda uzaq. Sən sanki bir çiçəksən. Qoxladıqda şirin,dərildikdə küsən.
Qəlbən çox yaxınsan, sanki səni hiss edirəm. Nəfəsini duyuram. Güləndə,ağlayanda hiss edirəm. Güləndə doyunca gülüşünü seyr etmək, ağlayanda isə kirpiklərimlə göz yaşını silmək istəyirəm. Səni düşünəndə sanki zaman qaçır,ömürdən günlər keçir.Zamanı saxlayıb səni düşünmək istəyirəm.
Qorxuram, zaman keçər, ömür bitər,mən isə səni kifayət qədər düşünə bilmərəm. Qorxuram,əbədi sənsiz düşüncələrimdən. Qorxuram, sevgini duymadan yaşamaqdan.` Qorxuram, sənə məktub yazıb cavabını almamaqdan. Qorxuram, sevginin sonda göz yaşı ilə bitməsindən. Qorxuram,”səni sevirəm” kəlməsini deyə bilməyib ölməkdən.
Fikirlərinizi bildirməyi unutmayın.
|