Ağdam rayonunun işğalından 16 il ötür.
Ağdam 1993-cü il iyul ayının 23-də terrorçu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.
Erməni hərbi birləşmələri Ağdam istiqamətindəki Xıdırlı, Sarıcalı, Qiyaslı və Muradbəyli kəndərinin işğal edərək Ağdam şəhərinə daxil olublar.
Günün ikinci yarısında şəhər tamamilə işğal olunub.
Ağdamın işğalı Dağlıq Qarabağ ətrafında Laçın və Kəlbəcərdən sonra 3-cü böyük itki idi.
Sonrakı döyüşlər nəticəsində Ağdamın üçdə ikisi də işğal edildi.
Erməni hərbi qüvvələrinin Ağdama hücumu` nəticəsində şəhər yerlə yeksan edilib.
122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi , 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb, tamamilə məhv edilib.
Erməni terrorçuları uşaq və böyük, qadın və kişiyə fərq qoymadan vəhşicəsinə insanları qətlə yetirərək,bununla bəşəriyyətə qarşı ən ağır dərəcəli cinayət törədiblər.
Düşmənə qarşı mübarizədə və yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində 6 min nəfərə yaxın rayon sakini şəhid olub.
|