Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı Şəhər Sanitar Epidemioloji Stansiyası ilə birgə Bakı və Sumqayıt çimərliklərində apardığı monitorinqin nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, monitorinqlər zamanı çimərlik ərazilərindəki 50 nöqtədən 153 su nümunəsi götürülüb və onların üzərində 1032 fiziki-kimyəvi, kimyəvi və mikrobioloji təhlillər aparılıb. Araşdırma zamanı məlum olub ki, Gürgan və Novxanı bağları sahil zo`lağı ərazilərində mikrobioloji baxımdan zəif çirklənmə müşahidə edilir. Bunun səbəbi Gürgan yaşayış massivindən, Sumqayıtın 5 və 6-cı mikrorayon ərazilərindən, Corat, Saray qəsəbələrindən və bağ massivlərindən, Novxanı bağlarından daxil olan təmizlənməmiş çirkab sularıdır. Əvvəllər daha çox çirklənməyə məruz qalan Novxanı-Sumqayıt sahil zolağında çirkab suların təmizlənməsi qismən təmin olunsa da, Sumqayıt istiqamətindən böyük həcmdə axıdılan kanalizasiya suları bu əraziləri çirklənməyə məruz qoyur. Şimal küləyi əsdikdə çirklənmiş ərazilərin sahəsi daha da genişlənir. Fikirleriniz...
rihannayazdıki >> dediklerim zarafat idi men hec vaxt sene qargis elemerem elesem bilki tutar neyse teki senin canin sag olsun men cirkin olsam da olar
RəŞaDyazdıki >> Camaat guya fikir verir ki hansina gedir ele chimirler ki hech vecilerine almirlar... fionaaa bir de ki getme ya sen birden nese olar sene xestelenib eliyersen sonra Flora muellime neyniyer?