Həzrəti Əlinin(r.a)ayağına döyüş zamanı bir ox batmışdı.Ox sümüyə girdiyi üçün onu heç cür çıxarda bilmirdilər.Gətirilən həkim yaranın dərinliyini görüncə deyir: -Ancaq sizi bihuş edərək bu oxu çıxara bilərik.Yoxsa ağrısına dözə bilməzsiniz. Həzrəti Əli(r.a)belə cavab verir: -Bihuşedici dərmana ehtiyac yoxdur.Bir az gözləyin,namaz vaxtı gəlsin.Mən namaz qılmağa başlayanda oxu çıxardarsınız. Bir az göxlədikdən sonra namaz vaxtı girir.Həzrəti Əli(r.a) dəstəmaz alıb ALLAH-a böyük bir sevgi və ehtiramla namaz qılmağa başlayır.Uca Rəbbi ilə ünsiyyətdə olmağın verdiyi həzz sanki onu bihuş etmişdi.Bu arada həkim oxu çıxartmışdı,yaranı sarımışdı.Həzrəti Əli(r.a) namazı bitirən kimi həkimdən soruşur: - Oxu çıxartdınmı?...
Demək,ALLAH sevgisi ilə coşub-daşan bu iman örnəyi,bu nurlu köks sümüyə dirənmiş oxun çıxarılmasını hiss etməmişdi...
Fikirlərinizi bildirməyi unutmayın!!! |