Məşhur Host Alliance rep-qrupunun prodüsseri Emin Əfəndi bir neçə ay əvvəl qrup üzvlərinin saxlanılması və onlara “dövlət əleyhinə” mahnılar ifa etməmək tövsiyyəsi verilməsi barədə məlumatı təkzib edir. Turanın müxbiri ilə söhbətində Əfəndi bildirib ki, belə bir fakt olmayıb və qrupun repertuarı hakimiyyətə qarşı yönəlməyib. Bakıda və onun hüdudlarından kənarda üzərində qrupun emblemi olan maykaların geniş yayılmasına gəlincə, HOST-un bununla heç bir əlaqəsi yoxdur. “Onları kimin hazırladığını və satdığını bilmirik və biz bundan heç nə əldə etmirik”, deyə prodüsser hər yerdə üzərində qrupun simvolu olan maykaların satışını şərh edib.//282/ |