Yerli şou-biznes nümayəndələri əksər hallarda sənətlərindən də çox geyimlərini və evlərini reklam edir. Bəzən belə məlumatlar yayılır ki, müğənnilərin televiziyada təqdim etdiyi evlər onların özlərinə deyil, yaxın qohumlarına və ya dostlarına məxsusdur. APA mövsümü nəzərə alaraq şou-biznes əhlinin bağ evlərinin olub-olmaması, o evlərin şəraiti, ünvanı, qiyməti ilə bağlı sorğu aparıb. Məlum olub ki, qaz vurub qazan dolduran sənətçilərin çoxu müasir bağ evinə sahibdir.