Bu gün son görüşdür, mən də bilirəm, Əlini ovcumda sıxıb gedirəm. Getmək istəmirsən sən də,bilirəm, Son dəfə üzünə baxıb gedirəm
Çətindir, döyünsün ürək sevənsiz, Demə,yaşamarsan bir an da mənsiz, Xoşbəxt olmayacam,bilirəm,sənsiz, Bu könül evimi yıxıb gedirəm
Bu eşqin kitabın biz bağlayarkən, Mən səni son dəfə qucaqlayarkən, Arxamca baxaraq sən ağlayarkən, Gözündən yaş kimi axıb gedirəm
Bir də görməyəcəm mən bu gözleri, Qalsa da,ömrümdə dərin izleri, Sessiz,baxışların deyən sözleri, Qəlbimə ox kimi taxıb gedirəm
xeyalın fikrimi dolandıracaq, Gozlərim önündə hər an duracaq, Meni bu həsrətin çox yandıracaq, Ozümü bu oda yaxıb gedirəm
olümdən betərdir seni itirmək, agir zülmdür bu yükü götürmək, Cetindir bu sözü dilə gətirmək, Elvida sevgilim,çıxıb gedirəm
|