Ötən axşam Demokratik Konqo Respublikasında içində sərnişinlərin də olduğu yük gəmisində yanğın baş verib. Yerli mənbələr yanğın nəticəsində yanacaq yüklənmiş gəmidə olan 200 nəfərin öldüyünü güman edir. Gəmidəki yanğından qurtulan Fabrike Muamba adlı şəxs yanğın başladığı vaxt bir çox insanın suya tullandığını, onlardan ancaq 15 nəfərin xilas olduğunu bildirib.