Nəticədə amerikalıların 2020-ci ildə dünyada bir çox sahədə irəliləyişin olacağına inandıqları məlum olub.
Belə ki, anket sorğuları Amerika vətəndaşlarının yarıdan çoxunun 2020-ci ildə orqan transplantasiyasının sadə bir cərrahi əməliyyat olacağına inandıqlarını göstərir.
Habelə amerikalıların 2020-ci ilə qədər gündəlik məişətdə robotlardan istifadənin və insanın bədəninə xüsusi mikrocihazların yerləşdirilməsinin mümkünlüyünə inandıqları da məlum olub.
Anket sorğularının nəticələrinə görə, 2020-ci ildə xərcəng xəstəliyi asanlıqla müalicə oluna biləcək xəstəliklərdən olacaqdır.
Anketdə iştirak edən respondentlərin 13 %-i isə insan ömrünün 50 il uzanacağına əmin olduqlarını bildiriblər.
|