Dünyanın ən kiçik adamı rekordu yenilənir. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu, 17 yaşlı fillipinli gəncdir. Jurnel Balavinq adlı gəncin boyu bir yaşlı uşaqdan belə kiçikdir. Onun boyunun hündürlüyü cəmi 55 sm-dir.
Qeyd edək ki, dünyanın ən balacaboy gənci gəzmək üçün köməyə ehtiyac duyur və şiddətli ağrıları olduğu üçün uzun müddət ayaqüstə dayana bilmir. Balavinq Fillipində valideynləri və normal boyu olan 3 bacı-qardaşı ilə birlikdə yaşayır.
Fillipinli gənc boyu ilə dünyanın ən kiçik boylu insanı rekordunu bir neçə aydan sonra yeniləyəcək. Belə ki, onun 18 yaşı bir neçə aydan sonra tamam olacaq. Bundan sonra isə 17 yaşlı gəncin adı dünyanın ən kiçik insanı kimi rekordlar kitabına salına bilər