Ötən həftə 75 yaşlı qadının 78 yaşlı kişiyə qoşulub qaçmasından sonra Türkiyədə daha bir qəribə qaçırılma hadisəsi baş verib. Zonquldaq vilayətində 70 yaşlı kişi öz bacısı oğlunun 15 yaşlı qızını qaçırıb. Polisə müraciət edən ata, övladının səhər məktəbə getmək adı ilə evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib.
Polis onları bölgədəki otellərdən birində yaxalaya bilib.
Ailənin yaxınları 70 yaşlı ağsaqqal ilə 15 yaşlı yeniyetmənin daha öncə də qaçmağa cəhd etdiklərini bildiriblər. Onların sözlərinə görə, yaşlı kişi qızı daha yaxşı məktəbdə oxudacağı və daha yaxşı təmin edəcəyi ilə aldadıb.
Qeyd edək ki, qız qaçıran dayının 3 uşağı 6 nəvəsi var.