Türkiyənin Adana şəhərində mövsümün rekord temperatur dərəcəsi qeydə alınıb. Burada kölgədə 32 dərəcə istilik var. Əhali mart ayı üçün xas olmayan bu hava şəraiti ucbatından parklara üz tutmalı olub. Bir çoxları ağac kölgələrində dincəlməyi üstün tutub.
Kiçik uşaqlar isə parkdakı su fontanlarında sərinlənib. Mütəxəssislər mart ayında Adanada 32 dərəcə istiliyin qeydə alınmasını anormal hal kimi qiymətləndirib.
|