Ağla,gözlərim,ağla
Bu dərdin qoynuna özün atıldın Bəs niyə günəş tək birdən tutuldun Sən gördün, sən sevdin, sən aldatdın İndi peşmansan,ağla gözlərim,ağla!
Fəryadın hər sözə kiriyən deyil Qəlbimdə yurd salıb yeriyən deyil Kədərim gülüşə əyilən deyil Qara bir dumansan,ağla gözlərim,ağla!
Axıb gilə-gilə durulacaqsan Yollara axmaqdan yorulacaqsan Ağlaya-ağlaya kor olacaqsan Ümidsiz gumansan,ağla gözlərim,ağla! |