AĞLA SEVGİLİM
Eşidsən qurbətdə dustaqdi yarın , Çekilib otağa ağla sevgilim . O xoş təravətli ,çiçək etirli, Zülfünə qaralar bağla sevgilim.
İlk dəfə sevgilim demişəm sənə , O xoş günləri xatırla yenə . Darıxdığın an məktub yaz mənə , Mənimdə bağrımı dağla sevgilim.
Talehin qisməti qüssə ,kədərsə, Ayrılıq rüzgari qəfil əsərsə, Bir gün sevgilindən namə gələrsə Baxibda vərəqə ağla sevgilim .
Bir gün yenə günəş doğacaq, Pis günlər tezliklə dalda qalacaq. Sənində sevgilin azad olacaq, O günlərə ümid bagla sevgilim.
Bu şeiri şəxsən özüm yazmişam. |