Floridalı rahib Terri Cons. Bu ad hələ ötən ilin payızında bir necə günə bütün dünyada məşhur olmuşdu. 58 yaşlı rahibin bir anda tanınmasının səbəbi isə onun 11 sentyabr terror hadisələrin ildönümü münasibəti ilə İslam dinin müqəddəs kitabı olan "Qurani Kərim"i yandırmaq cəhdi olmuşdu. O zaman bir çox beynəlxalq təşkilatlar, hətta prezident Barak Obama ona bu addımdan çəkinməyi məsləhət görmüşdü. ABŞ-ın dövlət katibi Hillari Klinton isə rahibin bu "arzusunu" "hörmətsiz və utancverici", baş prokuror Erik Holden isə "axmaq və təhlükəli" adlandırmışdı.
Uzun sürən məsləhətlərdən və hədələrdən sonra Terri Cons müsəlman aləmində, eləcədə dünya ictimaiyyətində şiddətli reaksiyalara səbəb olan bu addımdan çəkinib. Təyziqlərdən sonra rahib "Tanrının ona dur dediyini" hiss etdiyini və bu planından daşındığını açıqlamışdı.
Aradan keçən müddətdə onun haqqında hamı unutmağa başlayıb. Ancaq bir necə aydan sonra Terri Cons Quran yandırma mərasimini həyata keçirə bilib. ANS PRESS-in "KP"yə istinadən verdiyi məlumata görə, mart ayının 20-də o kiçik qrupun əhatəsində müqəddəs kitaba od vurub. O, müsəlmanların müqəddəs kitabı üçün oyuncaq məhkəmə belə qurmaqdan çəkinməyib. Quranı bəşəriyyətə qarşı cinayətlərdə ittiham edib və ona ölüm hökmü verib. Bundan sonra kitabı siniyə qoyaraq ona od vurub. Müqəddəs kitaba od vurmaqla kifayətlənməyən rahib mərasimin uğurla keçdiyini də deyib.
Amerika müsəlman təşkilatları müdrik davranaraq rahibə fikir verməmək taktikasını seçiblər. Ancaq bir çox müsəlman başqa taktikanı seçiblər. Belə ki, İranda artıq rahibin "Qətlinə fərman" verilib. İranda onun başına 2,2 milyon dollar mükafat qoyulub.
|