Türkiyənin məşhur futbolçusu, "Qalatasaray" komandasının kapitanı Arda Turan evlənməyə hazırlaşır. ANS PRESS-in türk mətbuatalına istinadən verdiyi məlumata görə, bu barədə açıqlamanı futbolçu özü verib. "Artıq yaxşı bir ailə başçısı olmaq istəyirəm. Ailə həyatımdakı xoşbəxtlik oyunlarımada yaxşı təsir göstərəcək. İdmansevərlər artıq bambaşqa bir Arda izləyəcəklər", deyə o bidirib.
A.Turan uzun müddətdir birlikdə olduğu sevgilisi, aktrisa Sinəm Kolbat haqqında da danışıb. Futbolçu bir-birlərini çox sevdiklərini. Məhz Sinəm ilə evlənməyi düşündüyünü deyib. "Sinəm ilə bir-birimizə uyğunuq. Aramızda güclü bir bağ yaranıb".
Türk mətbuatına məlumatına görə, hər iki tərəf nigah masasına oturmağa hazırdırlar. Hətta Arda Turanın evlilik planlarını bu yay həll etməyi belə planlaşdırdığı bildirilir