Novruz bayramının sonuncu çərşənbəsi - ilaxır çərşənbə torpaq çərşənbəsidir. Torpaq insan yaradılışının əsas maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq müqəddəsliyinin türk mifoloji görüşləri ilə bərabər, etnik-əxlaqi dəyərlər sistemində yurd, vətən, el-oba anlayışı ilə yanaşı, yaradılışın maddi əsası olmasından irəli gələrək sakral mifoloji semantikaya da malikdir. Yazda torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Bu isə ilk növbədə insanın yaradılışı mifindən qaynaqlanır. Göründüyü kimi, Novruz bayramının ritual-mifoloji semantikasında yaradılış mifik görüşləri son dərəcə sistemli bir mifoloji sistem olaraq mövcudluğunu qoruyub saxlamaqdadır.
~~Sizlərə ilaxır çərşənbə ilə bağlı bəzi inancları təqdim edirəm~~
Axır çərşənbədə heyva çubuğundan gözmuncuğu düzəldərlər.. *** Axır çərşənbədə uşağa beşik düzəldərlər. *** Axır çərşənbədə gün çıxmamış su üstündən atdanarlar. *** Axır çərşənbədə tonqal yandırarlar. *** Axır çərşənbədə kəlin buynuzuna qırmızı bağlarlar *** Axır çərşənbədə qorxanların başından su töküb qorxunu alarlar. *** Axır çərşənbədə sağmal malın buynuzuna qırmızı bağlarlar. *** Axır çərşənbədə toy üçün ayrılmış qoyunların boynuna qırmızı bağlarlar. *** Axır çərşənbədə çimərlər. *** Axır çərşənbədə evdən pul verməzlər. *** Axır çərşənbədə qonşuya ələk verməzlər. *** Axır çərşənbə günü borc un verməzlər. *** Axır çərşənbə günü şam yarımçıq söndürməzlər. *** Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırırlar. *** Axır çərşənbə günü evdən od, kibrit, neft verməzlər. *** Axır çərşənbə günü evdən ağartı verməzlər. *** Axır çərşənbə günü zahı üstünə getməzlər. *** Axır çərşənbə günü evdən çörək verməzlər. *** Axır çərşənbə gecəsi tez yatmazlar. *** Axır çərşənbə gecəsi evdə qazan asarlar. *** Axır çərşənbə gecəsi vəfat etmiş yaxın adamları yada salarlar. *** Axır çərşənbə gecəsi vəfat etmiş yaxın adamların adını çəkib "filankəslərin adına qazan asdım” deyib qazana ət, düyü və s. tökərlər. *** Axır çərşənbə günü ertədən lampa yandırarlar.
P.S: Bayramınızı təbrik edirəm.!! Burda olmasamda ürəyim sizinlədir.!!!
|