Yollara dikiləcək gözlərin sənin Həsrətdən saralacaq gözlərin sənin Yollara baxıb axtaracaqsan Axtaracaqsan məni, məni olmayanda
♥♥♥♥
Gozlərin dumanla dolacaq sənin Qəhərdən boğulub ağlayacaqsan Dumanda, çəndə axtaracaqsan Axtaracaqsan məni, mən olmayanda.
♥♥♥♥
Arxanca kölgə olub gəzsəmdə Tutub bağrına salmaq istəsən də Ovundura bilməyəcəyəm kövrək qəlbimi Qəlbində, ürəyində axtaracaqsan Axtaracaqsan məni, mən olmayanda
♥♥♥♥
Röyalarda görmək üçün məni Yuxuya getməyə çalışacaqsan Çalışacaqsan şirin söhbətim üçün Yuxudan ayılıb axtaracaqsan Axtaracaqsan məni, mən olmayanda
♥♥♥♥
Yığıb ətrafına nəvə nəticələrini Danışacaqsan nağıllardan, laylalardan Lay-lay deyib yorulacaqsan Kömək üçün məni axtaracaqsan Axtaracaqsan məni, mən olmayanda
♥♥♥♥
Dilim dönmədi səni söyməyə Əlim qalxmadı səni döyməyə Karıxıb qaldın insanlığımdan Hər an çəkdim nazını, nəvazişini Xoş söz, nəvaziş axtaracaqsan Axtaracaqsan məni, mən olmayanda
♥♥♥♥
Qohum qardaş qayğıları isindirməyəcək səni Divardan asılan şəklim dinməyəcəkdir Baxacaqsan yadigar toy şəkilimizə Vağzalıda qolundan tutan axtaracaqsan Axtaracaqasan məni, mən olmayanda