Ayda su və gümüş tapılıb. NASA-nın ötən il ayı bomblamaq və burada olan bəzi maddələri araşdırmaq üçün göndərdiyi raket sayəsində palnetdə su ilə yanaşı, gümüş, civə və başqa maddələr də aşkar edilib. "Science" jurnalında yayımlanan məlumata görə, tapılan su buz şəklində olub. Brovn Universitetinin kosmik geologiya fakültəsinin alimi Piter Şultz Ayda olan Kabeus kraterini xəzinə mənbəyi adlandırıb.
Qeyd edək ki, NASA bir il öncə Ayın cənub qütbündəki Kabeus kraterine raket atmışdı. Məqsəd Ayın bu qismində olan kraterdə buz olub-olmadığını, əgər varsa, necə olmasını araşdırmaq olub. Bölgədəki kraterə işıq düşmədiyi üçün onun səhti görünmürdü.
NASA-nın əməkdaşları kraterin içərisindəki kütlənin 5,6 faizinin donmuş sudan ibarət olduğunu hesablayıblar.
Tapılan maddələr üzərində araşdırmalar davam etdirilir.
|