NAR SALATI
500 q soyutma dana əti 3 ədəd soğan 3 ədəd soyutma kartof 1 ədəd çuğundur 250 q mayonez 1 ədəd nar Duz, istiot
Soğanı halqa şəklində doğrayın və turşuya qoyun. Dana ətini xırda-xırda doğrayın. Kartofu və çuğunduru sürtgəcdən keçirin. Ərzaqları boşqaba aralarına mayonez sürtməklə lay-lay düzün. Üstünə və yanlarına mayonez sürtün və nar dənələri ilə bəzəyin.
QIZARDILMIŞ ÇÖRƏK TİKƏLƏRİ İLƏ TOYUQ
1 ədəd toyuq 300 q ağ çörək 100 q toyuğun qaraciyəri 40 q baş soğan 100 ml mayonez Duz, istiot
Çörəyi balaca kub şəklində doğrayın və toyuğun qaraciyəri ilə birlikdə tavada qızardın. Doğranmış baş soğanı əlavə edin, duz, istiot vurun. Toyuğun içini hazırlanmış qarışıq ilə doldurun, üstündən mayonez sürtüb sobada bişirin.
KƏSMİKLİ ZAPEKANKA
500 q kəsmik 6 x/q şəkər tozu 1/4 stəkan manna yarması 1 ədəd yoğurt (170-200 q) 2 ədəd yumurta 300 q giləmeyvə Kərə yağı
Şəkər tozunu yumurta və kəsmik ilə köpüklənənə qədər çalın. Üstünə yoğurt, sonra manna yarması əlavə edib yaxşıca qarışdırın. Daha sonra giləmeyvələri töküb əzmədən ehmalca qarışdırın. Qaba kərə yağı sürtüb xəmiri tökün. 180 dərəcə qızdırılmış sobada 40-50 dəqiqə bərkiyənə kimi bişirin. |