Müğənni Aynur Dadaşovanın sən demə oğlundan başqa bir qızı da var imiş. Övladını hamıdan gizlətməsinin səbəblərini müğənni eksklüziv olaraq ANS PRESS-ə açıqlayıb: «Şəxsi həyatımı həmişə mətbuatdan gizlətmişəm. Siz düz xəbər tutmusunuz, mənim 3 yaşında bir qızım var. Adı da Leyladır. Oğlum dünyaya gələndə özümə söz vermişdim ki, övladlarımdan reklam kimi istifadə etməyəcəm. Əfsuslar olsun ki, bu gün belə sənətçilər var. Onların kim olduğu da, Allaha şükür, hamıya məlumdur. Gündəmdə qalmaq üçün uşaq dünyaya gətirirlər. Axı bunun sənətə nə aidiyyatı var? Qadının bu həyatda missiyası uşaq dünyaya gətirməkdir. Burda təəccüblü nə var ki?! Əgər siz məni qızımla burda görməsəydiniz, mən heç vaxt qızımın olduğunu deməyəcəkdim. Çünki jurnalistlərdən həm qaçır, həm də qorxuram."
Xatırladaq ki, Aynur Dadaşova 20 ilə yaxındır ki, müğənni kimi fəaliyyət göstərir. "7-17" mahnı müsabiqəsindəki iştirakından sonra mügənni uğur qazanıb. |