DEYƏSƏN YOLUMUZ AYRILDI BİZİM, ÜRƏK O ƏVVƏLKİ HƏVƏSDƏ DEYİL. AYRILIQ OXUYUR İNDİ HƏR SÖZÜN, DİNLƏ SON SÖZÜ DƏ MƏN ÖZÜM DEYİM.
YORĞUN YOLÇULARA BƏNZƏDİM, NƏ QƏM, YOLLAR AYAĞIMDAN TUTUB SÜRÜNÜR, MƏNZİLİM UZAQDIR, ASTA GEDİRƏM, SƏNİNSƏ MƏNZİLİN DAHA GÖRÜNÜR...
ÜFÜQLƏR NƏ YAMAN QIZARDI BELƏ, BƏLKƏ MƏHƏBBƏTİN QÜRUB ÇAĞIDIR? ÖMRÜMDƏN NEÇƏ İL VERMİŞƏM YELƏ, TALE DƏ BİR YANDAN VURUB DAĞIDIR.
UÇURDUM GÖYLƏRİN YEDDİ QATINDA, AXAN ULDUZLARI GÖYDƏ TUTURDUM. HƏR GECƏ XƏYALIN QANADLARINDA GÜNƏŞDƏ YATIRDIM, AYDA YATIRDIM.
YOX!... DAHA SƏBRİM DƏ ÇATIB SAHİLƏ. GETMƏRƏM MƏN AYA, ULDUZA KİMİ. EŞQİMİ BİR DƏNİZ ATIB SAHİLƏ, ƏRİYİR DAŞ ÜSTƏ MEDUZA KİMİ... |