Ayrılıq fiziki ağrı kimi insana əzab verir. Bu nəticəyə ABŞ-ın Miçiqan Universitetinin psixoloqu Etan Kross həmkarları ilə birgə araşdırmalardan sonra gəlib. Bunu müəyyən etmək üçün aparılan təcrübədə 21-i qadın olmaqla 40 könüllü iştirak edib. Onların hamısı son 6 ayda münasibətlərinin bitməsindən,ayrılığın nəticələrindən əziyyət çəkiblər. Hər könüllü iki eksprementdən keçib. Bunlardan birincisi psixi, ikincisi isə fiziki ağrıya yönəlib.
Könüllülərə bir müddən öncə ayrılıqdarı şəxslərin fotoları göstərilib və onlardan birlikdə olduqları zaman yaşadıqları ən nikbin məqamlar haqqında düşünmələri istənilib. Daha sonra mütəxəssislər iştirakçəların sol çiyinlərinə yerləşdirdikləri xüsusi cihazla onların bu zaman hansı hissləri keçirdiyin təyin ediblər. Onlar ya yüngül istilik, ya da xəfif ağrı hiss edilib. Bununla paralel olaraq alimlər hətta insanların beyinlərinin fəallığını da ölçüblər. Nəticədə bəlli olub ki, rəddedilmə hissi beynin fiziki ağrı hissinə cavabdeh olan hissəsini fəallaşdırır.
|