Amerikanın "Newsweek” jurnalı həyat şərtlərinin ən yüksək olduğu 100 ölkəni seçib. Jurnal bunu müəyyən etmək məqsədilə təhsil, səhiyyə, həyat şərtləri, iqtisadi dinamizm və siyasi vəziyyət olmaqla 5 amili əsas götürüb. Jurnalın araşdırmalarına görə, şimal ölkələri iqtisadi və sosial inkişaf baxımından ilk yerləri paylaşır. Belə ki, siyahının ilk pilləsində Finlandiya, 2-ci yerdə İsveçrə, 3-cü yerdə isə İsveç qərarlaşıb. Siyahının ilk onluğunda isə Avstraliya, Luksemburq, Norveç, Kanada, Hollandiya, Yaponiya və Danimarka yerləşib. Siyahıya Azərbaycan 69, şimal qonşumuz Rusiya 51, cənub qonşumuz İran isə 79-cu sıradan daxil olub. Azərbaycanın ən yaxın müttəfiqlərindən olan Türkiyə isə bu siyahının 52-ci pilləsində qərarlaşıb. Qeyd edək ki, Burkina Fasonun 100-cü sıradan daxil olduğu siyahıda Ermənistan yoxdur.//ANSpress |