Главная
Регистрация
Вход
Şəmbə
23.11.2024
15:17
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Oğlansan qız ?
[ Netice · Diger ]
Cavablar: 158

Мини-чат

Статистика

Saytda Olanlar 30
Qonaqlar 30
İstifadəçilər 0

  

14:00
“Azercell” yenilənmiş brendini təqdim etdi
 
Azərbaycanın aparıcı mobil operatoru "Azercell Telekom” MMC özünün korporativ brendinin yenilənmiş görünüşünü təqdim edib. Şirkətdən ANS PRESS-ə verilən məlumata görə, brendin yenilənməsi Avropada ən böyük telekommunikasiya şirkətlərindən biri olan "TeliaSonera” adı altında birləşmiş qurumlar hesab edilən Avrasiya regionundakı bir neçə aparıcı mobil operatorun brend mahiyyətinin ahəngdar formaya gətirilməsinə yönəlmiş regional təşəbbüsün bir hissəsidir.

"TeliaSonera Avrasiya”nın beş şirkəti yeni regional dizayn və ümumi dəyərlərə uyğun olaraq öz brendlərini artıq yeniləyib: "Kcell” Qazaxıstanda (aprel 2009-cu il), "Geocell” Gürcüstanda (may 2009-cu il), "Ncell” Nepalda (mart 2010-cu il), "Tcell” Tacikistanda (mart 2010-cu il) və "Moldcell” Moldovada (aprel 2010-cu il).

Media nümayəndələri və qonaqları salamlayan "Azercell”-in prezidenti Ali Ağan bildirib ki, Avrasiyada yerli səviyyədə özünəməxsusluğu ilə seçilən aparıcı mobil operatorlar qrupunun bir hissəsi olmaqdan güclənən "Azercell”in yenilənmiş brendini təqdim etməyə olduqca şaddır. Onun sözlərinə görə, təxminən 14 ildir ki, "Azercell” ölkəyə ən son texnologiyaları, nou-haunu və qlobal səviyyədə tanınmış istehsalçılardan ən müasir avadanlığı gətirir:

"Beləliklə, qlobal miqyasda rəqabətə davamlı dünya standartları əsasında telekommunikasiya infrastrukturunun qurulmasında Azərbaycana yardımçı olaraq bu ölkədə mobil rabitə sənayesinin inkişafında ilk addımlar atan şirkətdir. "Azercell” Azərbaycanda nəinki innovativ GSM texnologiyalarını, o cümlədən həftənin bütün günləri 24 saat ərzində müştərilərə xidmət, vahid pəncərə və bir çox digər xidmətlər kimi yeni biznes konsepsiyalarını tətbiq edən ilk şirkət oldu. Biz uşaqlara qayğı, səhiyyə və "beyin axını”nın dayandırılması kimi ən çox diqqəti cəlb edən sahələrdəki bir sıra layihələrin həyata keçirilməsində ölkəyə dəstək vermiş və korporativ öhdəliyi öz üzərinə götürmüş ilk şirkətlərdən biri olduq. Bütün həmin səylər bizə fəaliyyətimizin ilk ilindən başlayaraq bazarda lider mövqeni saxlamaq və dörd milyondan artıq müştərinin etimadını qazanmaq imkanını yaratdı. "Azercell”in yeni brendinin təsviri korporativ dəyərlərimizi və Azərbaycana xidmətimizin davam etdirilməsinə sadiqliyimizi əks etdirir. Mən Azərbaycanda şirkətlər, xüsusən də telekommunikasiya sənayesi üçün yaradılmış münbit biznes mühiti və geniş dəstəyə görə Azərbaycan Respublikasının prezidentinə və hökumətinə öz minnətdarlığımı bildirmək istəyirəm. Əldə etdiyimiz nailiyyətlər və uğurlarımız onların, eləcə də tərəfdaş və müştərilərimizin dəstəyi olmadan mümkünsüz olardı”.

Yenilənmiş brend "Azercell”-in korporativ dəyərlərini əks etdirir: bazarda lider olmaq, etibarlılığı qorumaq, bazar və istehlakçıların tələblərinə çevik cavab vermək, sosial məsuliyyət və Azərbaycanın ayrılmaz hissəsi olmaq arzusu. "Azercell”-in yenidən çəkilmiş loqosu tünd bənövşəyi rəngdə olan yüksək texnologiya daşı formasındadır.

Daşın yeni brendin rəmzi kimi seçilməsi Azərbaycanın yerləşdiyi Avrasiya regionunda ölkələrin relyefi və irsindən irəli gəlir. Daş möhkəm yerli kökləri, fəaliyyətin uzun tarixini və "Azercell”-in Azərbaycanda şəbəkə və xidmətlərinin etibarlılığını əks etdirir.

Daş üzərində ağ xətlər bağlantı və "Azercell”-in xidməti sayəsində bütün nəsil azərbaycanlılar arasında əlaqəni tərənnüm edir.

Mətbuat konfransına qatılan "TeliaSonera Avrasiya”-nın vitse-prezidenti və Qafqaz regionu üzrə rəhbər Halim Ateş bildirib ki, mobil rabitə infrastrukturunun inkişaf etdirilməsi Azərbaycanda bütün insanların yüksək keyfiyyətli, məqbul qiymətlərlə seçilən telekommunikasiya xidmətlərinə çıxışın təmin edilməsinin ən qısa yoludur:

""Azercell” artıq ölkənin ən uzaq bölgələrində yaşayan və telekommunikasiyaya heç vaxt çıxışı olmayan insanlara bu xidmətləri göstərməyə başlayıb. Bizim 2G şəbəkəmiz Azərbaycan əhalisinin 100 faizdən bir qədər az qismini əhatə edir və biz müvafiq lisenziyanı aldıqdan dərhal sonra 3G xidmətlərini göstərməyə tam hazırıq. Yeni texnologiyalar, xüsusən də 3G-nin tətbiqi Azərbaycanda telekommunikasiyanın gələcək inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir. Həmin xidmətlər ölkəyə yerli və xarici sərmayələri cəlb edərək, bütün sənaye sahələrində iqtisadi, sosial və ətraf mühit faktorlarını güclü şəkildə təşviq edir və onlara yol açır. "Azercell”-in idarəedici payçısı olan "TeliaSonera” 2009-cu ilin dekabr ayında İsveç və Norveçin paytaxtlarında, Stokholm və Osloda kommersia xarakterli 4G xidmətləri tətbiq edən dünyanın ilk operatoru oldu. "TeliaSonera”-nın dəstəyi ilə "Azercell” 3G ilə Azərbaycanın gələcək rifahına sərmayə yatırmağı davam etdirməyə hazırdır. "Azercell”-in yeni brendinin mənası Azərbaycanda bizim müasir, yerli, etibarlı və qayğıkeş mobil operator kimi imicimizə dəstək verəcək”.

Yeni brendin bənövşəyi rəngi enerji saçır və ilhamlandırır. O öz müştərilərinə xidmət göstərərkən "Azercell”-in davamlı olaraq üstün tutduğu yaradıcılıq və sadiqliyi əks etdirir. Bu çalar həmçinin Avrasiya regionunda yeganədir. O "TeliaSonera Avrasiya” qrupunun operatorlarını bazarda aydın şəkildə fərqləndirir və onların özünəməxsusluğunu nümayiş etdirir.

"TeliaSonera Avrasiya”-nın Prezidenti Tero Kivisaari qeyd edib: "”Azercell”in Avrasiya regionunda aparıcı mobil operatorlardan ibarət ailəyə mənsubluğunu möhkəmləndirən və "Azercell”in uğurlar və bazarda yeniliklər tarixində yeni səhifəni açan brendin təqdimatı münasibətilə burada olmağımdan şərəf hissi duyuram. "Azercell” ölkənin və vətəndaşların gələcək rifahına töhfə verərək Azərbaycanda telekommunikasiya infrastrukturu və xidmətlərinin inkişaf etdirilməsində mühüm rol oynayır. İnanıram ki, "Azercell”-in uğurları daim artan əməkdaşlıq və telekommunikasiya sahəsində yüz illik tarixi və təcrübəsi ilə seçilən "TeliaSonera”-nın birmənalı dəstəyi ilə bundan sonra da möhkəmlənəcəkdir. Bu gün təqdim etdiyimiz "Azercell”-in yenilənmiş brendi "Azercell”-in yerli özünəməxsusluğu, "TeliaSonera”-nın beynəlxalq təcrübəsi və eskpert bacarıqlarının təkrarolunmaz birləşməsidir”.

38 müştəriyə xidmət və Azercell Expres ofisləri, o cümlədən minlərlə satış nöqtəsi bir gecə ərzində öz görünüşünü dəyişib, mayın 15-i səhər öz müştərilərini yeni bənövşəyi dizayn ilə qarşıladı. "Azercell”-in xidmət mərkəzlərinin təkmilləşdirilmiş dizaynı yüksək texnologiyaya əsaslanan yanaşma, işin rahatlığı və dost mühiti üçün daha yaxşı müştəri təcrübəsini bir araya gətirir.

Çox saylı milli və beynəlxalq mükafatlarla təltif olunan "Azercell” Azərbaycanda müştəriyə xidmət, məhsullarda yenilik, korporativ məsuliyyət və insanlara sərmayə səviyyəsinin artırılmasına davamlı olaraq sadiqdir. "Azercell” rəhbərliyinin fikrincə müştərilər gələcəkdə həmçinin "Azercell”-in işində maraqlı yeniliklərin şahidi olacaqlar.

Bundan əlavə "Azercell”-in "TeliaSonera” Avrasiya ailəsinə mənsub olmağı müştərilərə "TeliaSonera”-nın fəaliyyət göstərdiyi ölkələrdə daha aşağı rouminq tariflərindən yararlanmaq imkanını yaradır.

Yeni brendin təqdimatına həsr olunmuş mətbuat konfransının davamı olaraq "Azercell” şirkəti "Daş – bizi qədimdən bu günə qədər daşıyan vasitədir” mövzusunda yazı müsabiqəsinin qaliblərini də elan etdi. Təxminən iki ay davam edən müsabiqədə ümumi hesabla 75 iştirakçı qeydə alınmış və daşın Azərbaycan mədəniyyəti və tarixindəki rolu haqqında 60-dan çox məqalə dərc olunub. Qaliblər "Azercell”-dən dəyərli hədiyyələrlə təltif olunublar.

Qeyd edək ki, "Azercell Telekom” MMC dövlətin payı ilə 1996-cı ilin yanvarında təsis edilib və Azərbaycanda ilk GSM operatoru kimi öz kommersiya fəaliyyətini 1996-cı il dekabrın 15-də başlayıb. Fəaliyyətin ilk illərindən etibarən "Azercell” bazarda lider mövqeyini saxlayıb. "Azercell” bir sıra innovativ texnologiyaları və konsepsiyaları, o cümlədən GSM texnologiyası, GPRS/EDGE, BlackBerry Solutions, 24 saat ərzində çalışan telefon mərkəzi, müştərilərə həftənin 7 günü ərzində xidmət, Q-matic sistemi, IVR, korporativ müştərilər üçün ayrılmış "call center”, vahid pəncərə konsepsiyası və s.-ni Azərbaycana gətirmişdir. 2006-cı ildən etibarən "Azercell” MDB ərazisində İnsanlara Sərmayə (Investors in People (IIP) şəhadətnaməsini qazanan ilk şirkətlərdən biri, Azərbaycanda isə birinci oldu.
"Azercell-"in 2G şəbəkəsi Azərbaycan əhalisinin demək olar ki, 100%-ni və ərazinin təxminən 80 faiz əhatə edir. 2010-cu il martın 31-nə olan məlumata əsasən 4 milyon abunəçisi olan "Azercell” Azərbaycanda bir nömrəli mobil operator hesab olunur.

"TeliaSonera” isə Nordik və Baltik ölkələrdə, o cümlədən Rusiya, Türkiyə və İspaniyada telekommunikasiya xidmətlərini göstərən şirkətdir. Hazırda "TeliaSonera” əhalisi 460 milyona yaxın olan 20 ölkənin bazarında fəaliyyət göstərir. 2009-cu ildə abunəçilərin sayı təxminən 150 milyona çatıb. 2009-cu il üzrə "TeliaSonera”-nın xalis gəlirləri təxminən 14.3 milyard ABŞ dollar təşkil edib və təqribən 30 min işçisi var. "TeliaSonera”-nın səhmləri NASDAQ OMX Stokholm və Helsinki birjalarına çıxarılır. 2010-cu ilin aprelinə olan məlumata əsasən, şirkətin bazar dəyəri təxminən 31 milyard ABŞ dollara bərabərdir.
"TeliaSonera” insanlara və şirkətlərə rahat, etibarlı və ətraf mühitə zərər vurmayan formada ünsiyyət saxlamağa yardım edən şəbəkəyə çıxış və telekommunikasiya xidmətlərini göstərir. "TeliaSonera” dünya standartlarına uyğun müştəri təcrübəsinə diqqət yetirərək, şəbəkələrimizdə keyfiyyətini təmin edərək və ən yüksək standartlar əsasında struktura nail olaraq dəyər yaradır. "TeliaSonera” qlobal strategiyaya malik beynəlxalq qrupdur, lakin fəaliyyət göstərdiyi istənilən yerdə yerli şirkət kimi çıxış edir. Avrasiyanın formalaşan bazarlarında, "TeliaSonera” Qazaxıstanın ("Kcell”), Azerbaycanın ("Azercell”), Gürcüstanın ("Geocell”), Moldovanın ("Moldcell”), Tacikistanın ("Tcell”), Özbəkistanın ("Ucell”) və Nepalın ("Ncell”) şirkətdə çoxluq təşkil edən paya malikdir. "TeliaSonera” həmçinin Rusiyanın "Meqafon” və Türkiyənin "Türkcell” şirkətində azlıq paya malikdir.

Категория: Texnologiya | Просмотров: 882 | Добавил: Eti_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 2
0  
 
Məhəmmədəli yazdıki >> eti axotsan ee sende lap ozum olum... 
__________
İstifadəçiəçi Adı:QaraQan_282
İP:178.76.25.205
Tarix: 25.06.2011 ,23:41.

0  
 
SeCReT yazdıki >> uydaa Eti bunu ozun oxuyubsan hec???
Men bunu oxuyana qeder olerem eee
Tesekkurleer....
 
__________
İstifadəçiəçi Adı:PRinceSS_Of_LOvE
İP:109.127.22.66
Tarix: 19.05.2010 ,15:10.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт

Поиск

Календарь
«  May 2010  »
B.EÇ.AÇerC.AŞeBaz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024