İtaliyanın baş naziri Silvio Berluskoni Fransa imperatoru Napoleon Bonapartın çarpayısını alıb. Baş nazir böyük sərkərdənin çarpayısını qədim əşyalar satılan dükanlardan birindən alıb. Lojası bürüncdən və ampir formasında (XIX əsrin əvvəllərində memarlıqda və mebeldə bir üslub) olan çarpayıya Berluskonin arzusu ilə bəzi dəyişikliklər edilib. Onun çarpayını almaq üçün nə qədər pul ödədiyi açıqlanmır. Qeyd edək ki, çarpayıya edilən dəyişiklik antikvariat üzrə mütəxəssisləri narahat edir. Onlar bu dəyişikliklə tarixi əsərin öz qiymətini itirəcəyini bildirirlər.
|