` Bir kəpənəyin ömrü qədər davam etti sənə sevdam... Bu qədər qısa zamanda necə sevdin,necə bu qədər bağlandın deyə soruşma nə olar…
Bir kəpənəyin ömrüncə gördüyü diyarlar qədər sevdim mən səni,dincəlmək üçün qonduğu bütün çiçəklərin rəngincə sevdim.Kölgəsindən keçdiyi bütün ağacların ucalığınca,rənglərinin sehrinə qapılıb,gülən bir uşağın parlayan gözlərinin gözəlliyincə sevdim.Bir körpə qəhqəhəsi idin sən qulaqlarımda və mən,bir kəpənək ömrüncə Ana duası kimi sevdim səni...
Necəki kəpənəklər bilərlər ya ömürlərinin üç gün olduğunu,heç dayanmazlar ya,hər çiçəyə toxunmaq istəyərlər.Bax mən də bir kəpənəyin ömrüncə,könlümcə yaşadım səni.Gözlərimi səndə açdım,bu qısacıq zamana böyük bir əfsanə sığdırdım və qulaqlarına pıçıldadım son sözümü,mən səni bir kəpənək ömrünün müqəddəsliyincə sevdim.
Uçuq rəngləri qədər dəli idi eşqim,gözlərimi açar açmaz səni gördüm ya qarşımda,bax sən ən günahsız anlarımı tutdun.Naşı bir sevdalıydım əvvəl,tez alışdım,mən eşqimi bir kəpənək qanadının incəliyində tutdum.
Günəş əkdim bədəninə,gözlərində ulduzları biçdim,şən qəhqəhələrini peyvəndim etdim,kiçik təbəssümlərini qatqım.Mən səni yaşadığım qısacıq ömrümdə,ümidi gördüm ürəyində və adında dinclik tapdım.
Mən səni bir kəpənəyin ömrüncə,rənglərinin sehrincə və qanadının zərif incəliyincə sevdim sevgilim.Əsla peşman deyiləm... |