Əlimdə qələmim gözləyib durur. Bu sevgi hansını seçər görəsən? Düz yolu seçməyə çaşdırır məni... Bir tərəfdə ürək, bir tərəfdə sən!
Ağlamaz gözümü yaşla bəsləyir, Dağ olub dərəni daşla pisləyir. Çıxılmaz bir anda eşqə səsləyir... Bir tərəfdə ürək, bir tərəfdə sən!
Sevgin əvvəlkitək ruhuma axmır, İlk başdakı kimi yandırıb - yaxmır. Ruhumu incidir, rahat buraxmır... Bir tərəfdə ürək, bir tərəfdə sən! |