Artıq məlumdur ki, 2012-ci ildə bu müsabiqə Bakıda keçiriləcək. Ölkəmiz qalib olan kimi əhalimiz Bakı küçələrinə çıxıb qələbəni qeyd edirdilər. Amma niyə? İlk olaraq(yəni həmin gün) . Daha sonra ölkəmizin qalib olmasının digər tərəflərini düşündüm.
2012-ci ilin May ayında bütün Avropa Bakıda olacaq. 1 il ərzində paytaxtda çoxlu abadlıq işləri görüləcək. Artıq Bakıya müasir taksilər gətirilir. Ən böyük iş isə Eurovisionun keçiriləcəyi məkanla bağlıdı. Düzdü bu barədə dəqiq açıqlama olmayıb. Amma internet saytlarından məlum olduğu kimi müsabiqənin dənizin ortasında tikiləcək arenada keçirilməsi nəzərdə tutulur. Bu arenanın neçə milyon dollara tikiləcəyini mən bilmirəm. Amma o milyonun çox olacağını bilirəm. Mən düşünürəm ki, yeni arenanın tikilişinə ehtiyyac yoxdu. Havayı yerə bir nəçə milyonu Alman şirkətinə hədiyyə verəcəyik. O bir neçə milyona ölkədə zavod, fabrik, müxtəlif iş yerləri açmaq olar. Onsuz da gənclərimizin əksəriyyəti işsizdir. Düşünürəm ki, Tofiq Bəhramov adına Respublika stadionu bu musabiqə uchun tam uygun idi. Hal-hazırda orada oturacaqların sayı təxminən 30 min idi. Sonradan 3 minə yaxın əlavə oturacaqlar da yerləşdirmək olar. May ayına qədər həmin stadionda bəzi xırda işlər görülsə ora super bir məkan olar. Keçən il Almaniya da belə etdi. Onlar etiraf etdilər ki, öz ölkələrində keçirilən Eurovision müsabiqəsinə elə də çox pul xərcləmədilər. Sadəcə düşünərək, ağılnan, pula qənaət etməknən eurovision 2011-i yadda qalan etdilər. Görünür, bizimkilər Eurovision 2012-ni tarixdə görünməmiş bir Eurovision etmək istəyirlər. Amma o boyda Almaniya pula qənaət edərək müsabiqəni keçirtdisə, bizə nə düşüb? Belə baxsaq bu sevindirici haldı. Ancaq digər tərəfdən baxsaq bunlar hamısı puldu. Özü də 100.000 min 200.000 yox! Olduqca böyük pullar. Hansı pullar ki, dövlətin ehtiyyat büdcəsindən ayrılacaq. Bilmirəm oxuculardan bunu kimsə bilir ya yox, artıq bəzi dövlət idarələrində işçilərin maaşları kəsilir. Əgər bir neçə aya maaşların qalxması gözlənilirdisə artıq bu da olmayacaq. Bunlar hamısı eurovisiona görədi. Əgər Azərbaycan 1 il ərzində başqa bir böyük layihə qurmağı düşünürdüsə, artıq hər şeyə STOP deyildi. Yalnız pullar ayrılır eurovisiona. Bir çox Nazirliklərə eurovisionun təşkilatçılığı üçün xüsusi tapşırıqlar verilib. Düzdü bütün avropa Bakıya gələcək ölkə rəhbərliyi çalışır ki, şəhərimiz qonaqları buradan gedəndə həqiqətən də xoş təsüratlarnan getsinlər və Bakı onların yaddaşında qalsın. Artıq Bakıda çoxlu abadlıq işləri görülür, xaricilərə görə. Amma düşünürəm ki, şəhərimizdə onsuz da abadlıq işləri görülür. Yaxşı olardı ki, şəhərdə özünü apara bilməyən bir nəçə insanlarda abadlıq işləri görülsün. Ya da xüsusi mühafizə idarəsi yaradılsın. Müsabiqə olan günlərdə şəhərə buraxılmasınlar. Eurovisionun binası super ola bilər amma bir avropalı yuxarıda yazdığım kimi bir insana rast gəlsə, inanmıram ki, o Bakıdan yaxşı təsüratlarnan gedər.
Gördüyünüz kimi 1 il ərzində bizim ağlımıza belə gəlməyən pullar xərclənəcək. Bu pullar isə dolayısıynan biz sadə insanlardan çıxılacaq. Ona görə də özümə bu sualı verirəm: BİZƏ EUROVİSİON LAZIMDI?