İlk dəfə yatılan evdə yastığın altına güzgü qoyurlar.Güzgü yuxunda bütün gələcək həyatını göstərir.
İlin axır çərşənbə axşamı gecəsi cavan qızlar bir yerə yığışırlar.Bir qaba su tökürlər.Əllərindəki üzükləri çıxarıb saçlarına salırlar.Niyyət tutub üzüyü suyun üstündən keçirirlər.Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir.Üzük neçə dəfə qaba dəyirsə,sayırsan.Demək o yaşda gəlin gedəcəksən.
Çərşənbə axşamı otuzluq lampanın altına qıfılı bağlayıb qoyurlar.Niyyət edib gözləyirlər.Kim qapını açıb birinci evə girsə,onun birinci sözünü niyyətlərinə görə yozarlar.
Balığın çanaq sümüyünü övlad gözləyən gəlinin oğlu və ya qızı olacağını bilmək üçün iki barmağın ortasından atırlar.Arxası üstə düşərsə qız,üzü üstə düşərsə oğlan olacağı gözlənilir.
İtkin olan zaman,onu tapmaq üçün ələyə qaysının iki ucunu sancıb,fırladırlar.İtkinin kim tərəfindən olduğunu bilmək üçün şübhələndiyin adamın adını çəkirsən.Əgər ələk fırlanarsa,bu iş həmin adam tərəfindən olub.Fırlanmazsa onda o adam günahkar deyil.
Qorxan adamın başının üstündə ərimiş qurğuşunu onun qarşısındakı qabın içindəki suya tökürlər.Adam nədən qorxubsa,onun şəkli suyun içində formalaşır.
Axır çərşənbə gecəsi ürəyində niyyət tut yat.Gecə yarısı dur və şamı yandır.Şamı götürüb güzgüyə yaxınlaş.Güzgüdə gələcək nişanlıvı görəcəksən.Amma gərək qorxmayasan.Qorxsan,bu niyyətin baş tutmaz.
İlin axır çərşənbə günü niyyət tutub bağa getmək lazımdır.Bağdan bir çəngə ot qırırsan.Niyyət düzdürsə,səhərisi gün gəlib görəcəksən ki,Qırdığın otlar uzanıb əvvəlki kimi olub.
Torpaq çərşənbəsi gecəsi ürəyində niyyət tutursan.Bağda bir daşı qaldırıb altını təmizləyirsən.Niyyətin qəbul olanda,Gəlib daşın altına baxırsan.Görürsən ki daşın altıda ot bitib. |