Главная
Регистрация
Вход
Şəmbə
23.11.2024
14:34
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Kitab oxuyursan ?
[ Netice · Diger ]
Cavablar: 116

Мини-чат

Статистика

Saytda Olanlar 26
Qonaqlar 26
İstifadəçilər 0

  

22:10
Bu halınızdan utanırsız?
 
1.Suda çimərlik geyiminin çıxması

Yayda dənizdə və ya hovuzda çimərkən bu halla rastlaşmamış olmazsınız. Çevrilərək atlanma, dalğalı dənizdə arxası üstə üzmə kimi hərəkətlərdən sonra qəfil çimərlik geyimi sürüşüb düşür. "Onsuz da hamıda eynidir” desək də, bu pərt haldan çıxmaq heç də asan olmur.

2.Ağızdan söyüş qaçırmaq

Hətta ən mədəni və məsum insanlar da əsəbləşəndə ağızlarından bir söyüş qaçırırlar. Təsadüfən ağzımızdan qaçırdığımız bir söyüş sonrakı sözlərimizin ciddiliyinə də kölgə sala bilir.

3.Ana-övlad münasibəti

Analar üçün övladları heç vaxt böyümür, onlar üçün həmişə narahatdırlar. Məsələn, təsəvvür edin, tələbə yoldaşlarınızla futbol maçı zamanı ananız gəlib sizə: "Oğlum, tərlədin, qoy bu dəsmalı belinə qoyum, yoxsa xəstələnərsən” desə, necə olar?

4.Burun ifrazatları

Əslində, pis bir şey deyil. Anatomik ehtiyaclarımızdan biridir. Üstəlik hər kəsdə olur. Di gəl ki, burun suyu axmağa başlayanda hər şey dəyişir. Bu axının qarşısını kəsmək cəhdləri hamını pis vəziyyətə sala bilər.

5."Tutmayan” zarafatlar

Sizə gülməli olan zarafatı etdiyinizdə heç kimin gülməməsi əsl fəlakətdir. O ortamdan nə qədər tez uzaqlaşsanız, o qədər yaxşıdır.

6.İş tədbirində sərxoşluq

İş səbəbi ilə gəldiyiniz tədbir və ya partidə içib özünü itirmək…Qurşaqdan aşağı zarafatlar, dəli kimi rəqslər, arada sərxoşluqdan kiminsə üstünə yıxılmaq…və səhəri gün işə getməmək üçün yerin dibinə keçmək istəyi...

7.Dişdə ilişib qalan göyərti

Bütün gün zarafatlar etmisiz, qəhqəhələrə boğulmusuz, dişinizdə ilişib qalan göyərtidən xəbərsiz…Hamı baxsa da, deyə bilməyib. Ən dürüst dostunuz yenə də güzgüdür.

8.Səhv mesaj

Mesajı həmsöhbətinizə deyil, dedi-qodusunu etdiyiniz şəxsə çaşıb göndərmək qədər utancverici nə ola bilər? Üstəlik, dedi-qodusunu etdiyiniz insan mesajı anladığını bildirmək üçün həmin mesajı sizə yenidən göndərsə? "Zarafat edirdim” bəhanəsi köməyinizə çatsın...

9.Uşaq evin güzgüsüdür

Danışmağa başlayan uşaq riskdir. Evinizə qonaq gəlib, hər şeyi mükəmməl etmisiniz. Birdən yenicə danışmağa başlayan övladınız ailə daxili söhbətləri mızıldamağa başlayır... "Uşaqdır da...” desəniz, kim inanar?

10.Dost deyilik, tanışıq

Bəzən dostumuz ictimayyət arasında söyüşdolu bir lətifə, hekayə danışar, ya da konsertdə, partidə içib özünü itirər, danışığının fərqinə varmaz...Ən yaxşı bəhanə - yox, dost deyilik, sadəcə tanışıq...

11.Sevməyib oxuduğumuz mahnılar

Xüsusilə səhər vaxtı insanın dilinə hansısa mahnı düşür. Bu mahnı popular, amma heç sizin sevmədiyiniz bir mahnı olsa? Sözlərini çox eşitmişik, hər yerdə pisləmişik, birdən kimsə onu sizin mırıldadığınızı eşidir... "Mən əslində ona qulaq asmıram” deyə bilərsiniz, əgər inandıra biləcəksinizsə...

12.Pis xatirələr

Yeni dostlarınızı köhnə məhəllə, məktəb yoldaşlarınızla həvəslə tanış edirsiniz. Birdən köhnə dostlardan biri sizin başınıza gələn, amma heç xatırlamaq istəmədiyiniz gülməli hadisəni danışmağa başlayır. Məsələn, kişisinizsə, nə vaxtsa içib ətək geyindiyinizi yeni dostlarınız eşitsə, necə olarsınız?

13.Afaq yox, Afət!

Qonşularla ünsiyyətin ən yaxşı yollarından biri onların övladları ilə oynamaqdır. Xüsusilə uşaq azyaşlıdırsa...Amma vay o gündən uşağın adını səhv deyəsiniz... "Can, nə şirindi bu uşaq. Can, Afaq, axşam neynədin bağçada?” – desəniz və cavabında uşağın anası: "Afaq yox, Afət!” desə... Hər halda, bu üsul qonşu ilə münasibətləri qaydaya sala bilər.

14."Qızımız....”

Elçiliyə gələn sevgilinizin atası sözə başlayır: "Ev sizdən- çıraq bizdən, əl sizdən- ətək bizdən, qız sizdən- oğlan bizdən...Qızımız....qızımız...qızımız”. Elçi gəldikləri qızın adını unudan oğlan atası, onu vəziyyətdən çıxarmağa çalışan oğlan anası, pərt olan gələcək bəy, adı unudulan gələcək gəlin, əsəbi qız valideynləri...

15.Dükanlar açıq

Ən çox kişilərin başına gələn hadisədir: şalvarın qarşısındakı zəncirin açıq qalması. Bu hadisə təkcə "dükanı” açıq qalan tərəfə yox, qarşısındakını da utandırır.

16. Qapı arxasında

Hər hansı bir məkana birinci dəfə gedəndə çoxumuzun başına gəlir. O yerə, binaya yad olduğumuzu bildirməmək üçün özümüzü həmin yeri tanıyırmışıq kimi göstəririk. Bizi pərt edən isə qapılar olur. Qapını səhv istiqamətdə açmağa çalışmaq, sonra girişin o qapıdan deyil, başqa tərəfdən olduğunu öyrənmək çox pis vəziyyətdir. Ağlında bir sual qalır: Görəsən, çox adam görmədi?

17.Kartda pul yoxdur

Artıq hər kəsin bir neçə plastik kartı var. Mağazalarının əksəriyyətində də kartla ödəmə aparılır. Siz də istədiyiniz əşyaları alıb gəlmisiniz, kassada kartı uzadırsınız. Satıcı kartınızı qaytararaq ya "Kartınızın müddəti bitib”, ya da ən pis halda "Hesabınızda pul yoxdur” deyəndə növbədə duran alıcıların yanında pərt olmaq...

18.18 yaşdan yuxarı

On səkkiz yaşınız yenicə tamam olub. Əvvəllər getmək, almaq istədiyiniz hər şeyi indi edə bilərsiniz. Azərbaycanda çox tətbiq olunmasa da, xarici ölkələrdə şəxsiyyət vəsiqəsi olmadan nə içki, nə siqaret, nə də diskoya girə bilərsən. Nə də olmasa, 18 yaşın məsumiyyəti hələ də üzündə bilinir...

19.Dünya çox balacadır

Əlli illik tanışınız da olsa, çox da yaxşı tanımadığınız, sadəcə bir neçə dəfə gördüyünüz insan haqqında fikirlər yürütməyin. Dünyanın nə qədər balaca olduğun "Facebook” sayəsində anlamalı olmalısınız...
Категория: Meqaleler | Просмотров: 883 | Добавил: QaraQan_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 6
0  
 
aysel yazdıki >> muellife tesekkur 
__________
İstifadəçiəçi Adı:Aysel_282
İP:85.132.56.187
Tarix: 20.06.2011 ,13:03.

0  
 
Ilqar yazdıki >> 12 
__________
İstifadəçiəçi Adı:Prince_Of_Love
İP:109.205.215.245
Tarix: 13.06.2011 ,11:40.

0  
 
Leman yazdıki >> 12 xeberdi 
__________
İstifadəçiəçi Adı:Ayka_282
İP:88.151.194.144
Tarix: 13.06.2011 ,11:19.

0  
 
Leyla yazdıki >> Super xeberdi cox beyendim!!! 
__________
İstifadəçiəçi Adı:Danger-girl
İP:88.151.194.144
Tarix: 13.06.2011 ,10:56.

0  
 
LOVE yazdıki >> 12 
__________
İstifadəçiəçi Adı:KILLER_LoVe
İP:178.76.10.17
Tarix: 12.06.2011 ,23:51.

0  
 
ilkin yazdıki >> 12 xeberdi 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:80.69.61.247
Tarix: 12.06.2011 ,23:16.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024