Bukmekerlər "Eurovision 2010”nun azərbaycanlı iştirakçısının qələbəsini öncədən görür. "Eurovision” yarışmasının finalının mayın 29-da keçiriləcəyinə baxmayaraq, bukmeker kontorları qələbə qazanmağa real namizədlərin uğuruna pul qoyuluşlarını qəbul edir. Maraqlıdır ki, birinci yerdə böyük fərqlə Azərbaycan təmsilçisi Səfurə Əlizadədir. Onun "Drip-Drop” kompozisiyası hazırda əsas favorit sayılır.
Maraqlıdır ki, bukmekerlər son iki ildə səhv etməyib. Onlar 2008-ci ildə Dima Bilanın, 2009-cu ildə isə Aleksandr Rıbakın qələbəsini öncədən görmüşdülər.
Son 5 gündə yalnız birinci yerdə qərar tutan Səfurə Əlizadənin mövqeyi dəyişməz qalıb. Sonrakı yerlərin sahibləri isə tez-tez dəyişir. İkinci yerdə əvvəlcə "Milim” mahnısı ilə israilli Xarel Ckaat idi. Yeri gəlmişkən, onu müsabiqənin ən cəzbedici iştirakçısı adlandırırlar. Üçüncü yerdə isə "My Heart Is Your” mahnısı ilə "qəmli cəngavər obrazı”nı yaradan Didrik Solli-Tangen idi.
Ancaq bir sutka ərzində hər şey dəyişdi. Hal-hazırda ikinci yerə Almaniya nümayəndəsi iddialıdır. Lena "Satellite" ifası ilə rəğbət qazanıb. Nəhayət, bu ardıcıllığı britaniyalı gənc ulduz Lili Allen davam etdirir. Horvatiyanın qızlardan ibarət "Feminem” qrupu "Lako Je Sve” mahnısı ilə dördüncü yerdədir. Qızların xarici görünüşü gözəldir, oxumağı da bacarırlar, lakin 90-cı illəri illəri xatırladan "Lako Je Sve" mahnısı qənaətbəxş deyil (müsabiqə iştirakçılarının çoxunda bu nəzərə çarpır). Danimarka və Ermənistan 5-ci və 6-cı yerləri bölüşdürür. Norveç isə üçüncü yerdən yeddinci yerə düşüb.
|