Çində 43 yaşlı kişi 112 dəqiqə buz vannasında qalıb. Çın Kısay adlı çinli bu addımı ilə adını Ginnesin rekordlar kitabına da sala bilib. Rekord vurmaq üçün buz kütlələri ilə dolu vannada qalmaq isə ona asan başa gəlməyib. Belə ki, bir müddət sonra Çınin təzyiqi qalxıb. Həkimlər ona dərhal vannadan çıxmağı məsləhət görsələr də o etiraz edib. "Qulaqlarım qopana kimi qala bilərəm” deyən çinli dünya rekordunu təzələməyə nail olub.