Главная
Регистрация
Вход
Şəmbə
23.11.2024
14:28
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Hansı nəqliyyatdan istifadə edirsiz ?
[ Netice · Diger ]
Cavablar: 112

Мини-чат

Статистика

Saytda Olanlar 13
Qonaqlar 13
İstifadəçilər 0

  

12:24
Cay ve qehve alaeken neleri bilmek lazimdir???
 
Tamlı məhsullara müxtəlif tərkib xüsusiyyətlərinə və təsiretmə qabiliyyətinə malik olan bir çox yeyinti məhsulları aid edilir. Bu mallar əsəb və ürək-damar sisteminin fəaliyyətinə, eləcə də iştahanın artmasına və yeyinti məhsullarının həzminə müsbət təsir göstərir.

Ticarət şəbəkəsində müxtəlif növ tamlı məhsullar, o cümlədən çay, qəhvə, ədviyyələr, spirtli və spirtsiz içkilər realizə olunur. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti gündəlik qida rasionumuzda özünəməxsus yer tutan tamlı məhsullar arasında çay və qəhvənin insan orqanizmi üçün xeyirli olduğunu bildirir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, çay və qəhvə məhsulları müəyyən xassələrə malikdir. Onları bilmək maraqlı olar.

Çayın tərkibində 300-dən çox müxtəlif birləşmələr və maddələr vardır. Tərkibinin belə zəngin olması çayı fizioloji cəhətdən dəyərli edir. Çay insan orqanizminə fizioloji təsirinə görə əvəzsiz içkidir. O nəinki susuzluğun qarşısını alır, həm də orqanizmi gümrah vəziyyətdə saxlayır. Onun iş qabiliyyətini artırır, insanın sinir sisteminə bərpaedici təsir edir, onun fəaliyyətini gücləndirir, yuxunu dağıdır, yaxşı tərlədici vasitə rolunda çıxış edir. Baş ağrısını dayandırır, qan təzyiqini normaya salır. Gərgin fiziki və zehni əməkdən sonra çayın içilməsi yorğunluğu çıxarır, iş qabiliyyətini bərpa edir.

Çayın əsas keyfiyyət göstəriciləri qüvvədə olan normativ sənədlərə uyğun olmalıdır. Hər bir çay tərkibindəki xam çayın növ və istehsal texnologiyasından asılı olaraq standartın tələbinə cavab verməlidir. Çay havası yaxşı dəyişdirilən quru və təmiz yerdə saxlanmalıdır. Çayı rütubətli yerdə saxlamaq olmaz.

Qəhvə də qidalanmamızda özünəməxsus yer tutur. Qəhvənin quru maddələrinə kofein, zülallı maddələr, yağ, minerallı maddələr və s. daxildir. Bir qayda olaraq yüksək keyfiyyətli qəhvə sortlarında kofeinin miqdarı nisbətən çoxdur. Normal saxlanılma şəraitində ekstraktlı maddələrin miqdarı 7-10 il müddətində dəyişmir.

Çiy qəhvə dənləri ətirsiz olmaqla ağız büzüşdürücü xassəyə malikdir. Keyfiyyətli qəhvə içkisi almaq üçün qəhvə dənlərini hər cür kənar qarışıqlardan təmizləyib 160-220ºC temperaturda qovururlar. Qəhvə özünəməxsus dad-tam və ətir kəsb edir.

Təbii qəhvə çiy, qovrulmuş, bütöv dən, yaxud qovrulub üyüdülmüş halda ola bilər. Keyfiyyətindən asılı olaraq əla və I növlərə ayrılır. Həll olan qəhvə xırda dənəvər, qəhvəyi rəngli, özünəməxsus təbii qəhvə ətrinə və dadına malik olan tozvari məhsuldur.

Qəhvə və qəhvə içkiləri təmiz, quru yerlərdə quru yerlərdə, 75%-dən çox olmayan nisbi rütubətdə saxlanmalıdır. Qəhvə bankalara, yaxud da alüminium folqadan paketlərə qablaşdırılır.
Категория: Xeberler | Просмотров: 722 | Добавил: Danger-girl | Рейтинг: 0.0/0
Всего комментариев: 3
0  
 
Məhəmmədəli yazdıki >> tewekkurler danger girl eti demisken lap cay istedim 
__________
İstifadəçiəçi Adı:QaraQan_282
İP:188.253.133.212
Tarix: 12.06.2011 ,17:12.

0  
 
Eti yazdıki >> təşəkkürlər lap çay istədim 8 
__________
İstifadəçiəçi Adı:Eti_282
İP:88.151.194.3
Tarix: 12.06.2011 ,14:02.

0  
 
ilkin yazdıki >> xebere gore twk sag ol danger-girl 12 xeberdi 282.clan.su-dan oyrenmediyim qalmadi 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.5.245
Tarix: 12.06.2011 ,13:48.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024